top
İmişlinin böhranı: Səbəb meydanda deyil, rəhbərlikdədir Sport24.az
25 mart 2026, 11:00
- ↺ +

"İmişli"nin böhranı: Səbəb meydanda deyil, rəhbərlikdədir

Futbolda bəzən uğursuzluqlar olur. Seriyalar qırılır, komanda enişə keçir, sonra yenidən toparlanır. Amma "İmişli"də baş verənlər artıq adi idman böhranı deyil — bu, açıq-aşkar idarəçilik fiaskosudur.

Ardıcıl 14 oyundur ki, qələbə yoxdur. Bunun 13-ü çempionat, biri kubok matçıdır. Daha betəri isə odur ki, komanda son 7 qarşılaşmada qol belə vura bilmir. Bu artıq sadəcə nəticə problemi deyil — bu, ruhsuzluqdur, inamsızlıqdır, motivasiyanın tam sıfırlanmasıdır.

22 xalla 9-cu pillədə olan bir komandanın bu qədər sürətlə aşağı yuvarlanması təsadüfi deyil. Qarşıdakı turlarda "Turan Tovuz" və birbaşa rəqib "Qəbələ" ilə oyunlar var. Bu gedişlə "İmişli"nin 11-ci pilləyə düşməsi heç də sürpriz olmayacaq — əksinə, məntiqi nəticədir.

Amma əsas məsələ nəticələr də deyil. Problem meydanda yox, rəhbərlikdədir. Mövsümün əvvəlinə nisbətən yaxşı başlayan, ötən il "Sabah"ı və "Neftçi"ni məğlub edən komandanın niyə bu hala düşdüyünü anlamaq üçün oyuna baxmağa belə ehtiyac yoxdur. Cavab artıq məlumdur: rəhbərliyin yanlış qərarları.

Bəs səbəb nədir?

Legioner futbolçulara açıq şəkildə bildirilib ki, müqaviləsi bitənlərlə yeni anlaşma olmayacaq. Bu nə deməkdir? Bu, futbolçulara "sən bu klub üçün artıq lazım deyilsən" mesajıdır. Belə vəziyyətdə hansı peşəkar oyunçu can qoyar? Hansı motivasiya ilə oynayar?

Futbolçudan ürəklə oynamaq tələb edirsən, amma eyni zamanda ona deyirsən ki, "sən burada artıq lazım deyilsən". Bu, peşəkar idarəçilik deyil — bu, komandadaxili mühiti qəsdən dağıtmaqdır.

"Debütant" bəhanəsi isə artıq işləmir. Bəli, "İmişli" Premyer Liqanın debütantıdır. Amma bu qədər uzun müddətli uğursuzluğu bununla ört-basdır etmək mümkün deyil. Debütant olmaq o demək deyil ki, komanda meydanda yoxa çıxmalıdır.

Əksinə, belə komandalar adətən daha istəkli, daha aqressiv olur. "İmişli"də isə bunun tam əksi baş verir — komanda sanki mövcudluğunu formal şəkildə davam etdirir.

Bölgə klubunun bugünkü durumu təsadüfi deyil. Bu, yanlış qərarların, plansızlığın və futbolun elementar prinsiplərinə hörmətsizliyin nəticəsidir.

Əgər rəhbərlik bu yanaşmanı dəyişməsə, komandanı nə "Turan Tovuz" oyunu xilas edəcək, nə də "Qəbələ" ilə final xarakterli qarşılaşma. Çünki problem rəqiblərdə yox, öz içlərindədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Oxşar xəbərlər