top
„İmişli“dən ayrılan futbolçu: „Mənimlə sağollaşmadılar“ Idman.biz
21 iyun 2026, 17:29
- ↺ +

„İmişli“dən ayrılan futbolçu: „Mənimlə sağollaşmadılar“

Həzrət İsayev "İmişli" futbol klubundan ayrılığı barədə danışıb.

İdman.Biz xəbər verir ki, 24 yaşlı müdafiəçi klubdan gedişinin özü üçün gözlənilməz olduğunu bildirib. Onun sözlərinə görə, komanda yoldaşları və məşqçilər də bu qərarı gözləməyib.

"Bu ayrılığı nəinki mən, hətta komanda yoldaşlarım və məşqçilər də gözləmirdi. Çünki komandanın yarandığı gündən burada olmuşam. Hər şey çox yaxşı gedirdi. Ötən mövsümün ikinci yarısında mənə bildirmişdilər ki, əməkdaşlığı davam etdirəcəyik və müqaviləm yenilənəcək. Lakin yeni mövsümün başlamasına 2-3 həftə qalmış mənə bir sənəd təqdim edərək yollarımızı ayırdıqlarını bildirdilər. Təəssüf ki, mənimlə görüşüb sağollaşmağa belə ehtiyac duymadılar", - deyə İsayev futbolinfo.az-a bildirib.

Müdafiəçi "İmişli"də keçirdiyi üç ili xoş xatirələrlə xatırladığını söyləyib. O, Premyer Liqadakı debütünü də məhz bu komandanın heyətində etdiyini vurğulayıb:

"Üç il "İmişli"də çıxış etdim və burada çox gözəl günlər yaşadım. Premyer Liqadakı debütümü də məhz bu komandanın heyətində etdim. Futbolçu kimi inkişaf etməyimdə və yüksəlməyimdə "İmişli"nin böyük rolu olub. Buna görə kluba təşəkkür edirəm. Ayrılığın səbəblərini tam olaraq bilmirəm. Amma bu üç il mənə çox şey öyrətdi".

İsayev ötən mövsümü nə çox uğurlu, nə də uğursuz hesab etdiyini qeyd edib. O, daha çox çalışmalı və inkişaf etməli olduğunu bildirib.

Futbolçu hazırda 2-3 klubla danışıqlar apardığını da açıqlayıb. İsayev hər şey qaydasında gedəcəyi halda karyerasını yenidən Premyer Liqada davam etdirmək istədiyini deyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Qarabağ FK
Bu gün, 11:00

«Qarabağ»ın səviyyəli oyunçusu Aleksey Kaşuk ukrayna millisinə ilk dəfə dəvət olunub

Voleybol
Bu gün, 10:59

CEV Turan'ı Azərbaycanın ən uğurlu voleybol klubları ilə müqayisə etdi

Qarabağ FK
Bu gün, 10:44

Qarabağ hücumçusu Kaşuk ilk dəfə Ukrayna milli komandasına çağırıldı

Futbol
Bu gün, 10:28

Əşrəf Hakimi: Messi gəlməsi oyun stilimi dəyişdi, zövq ala bilmədim

Minifutbol
Bu gün, 10:07

İtalyan hakimlər komandası Azərbaycan‑Çexiya futsal matçını idarə edəcək

Futbol
Bu gün, 10:02

Maykl Karrik, Şi Leysin çıxışını tərifləyir: “Meydanda hamını ruhlandırdı”

Voleybol
Bu gün, 10:00

Turan Tovuzun Voleybol Qələbəsi Avropada, Futbol Takımının Gözləmələri

Futbol
Bu gün, 09:58

UEFA Avropa Liqası: Renn evində Olimpiakosla qarşılaşacaq

Futbol
Bu gün, 09:49

Luis Enrike PSJ-də 127 qələbə ilə ən çox qələbə qazanan məşqçi oldu

Qarabağ FK
Bu gün, 09:47

UEFA Gənclər Liqası: Sabah və Qarabağ U-19 komandaları bu gün Norveç və Xorvatiyada qarşılaşacaqlar;

Futbol
Bu gün, 09:43

UEFA Çempionlar Liqası: Real, Fənərbağça və Manchester City qarşılaşacaq

Futbol
Bu gün, 09:40

Qalatasaray rəhbərliyi rusiyalı futbolçunun müqaviləsində 55M avrolu sərbəst qalma bəndini dəyişdirmək istədi

Futbol
Bu gün, 09:23

‘Sabah’ futbolu ‘Vikinq’in qonağına çıxacaq

Basketbol
Bu gün, 09:22

LANDAU Lions, FIBA Avropa Kubokunda Benfika ilə Qarşılaşacaq

Futbol
Bu gün, 09:20

Karlos Visens Barcelona üçün yeni baş məşqçi ola bilər

Futbol
Bu gün, 09:08

Mourinyo Real Madridin Yunanıstandakı 1/8 qalibiyyətini açıq şəkildə qeyd etdi

Basketbol
Bu gün, 09:07

«Neftçi» basketbol komandası FIBA Avropa Kubokunda beşinci oyununu Plovdivda Lokomotiv (Bulgariya) ilə oynayacaq

Futbol
Bu gün, 09:00

ÇL: "Sabah" "Vikinq"də qonaq olacaq

Oxşar xəbərlər