top
İliç: Neftçi belə səhvləri bağışlamır Sport24.az
05 aprel 2026, 20:45
- ↺ +

İliç: "Neftçi" belə səhvləri bağışlamır"

Misli Premyer Liqasının XXVI turunun "Sumqayıt" – "Neftçi" oyunundan (1:3) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Rəqibi təbrik edirəm. Bəzi səhvlərə yola verdik. Bunun nəticəsində məğlub olduq.

 

– Komanda 10 oyundur, qələbə qazana bilmir. Bu məğlubiyyətlərdə sizin payınız nə qədərdir və istefa vermək haqda düşünürsünüz?

– Mənlə bağlı qərarı rəhbərlik verir. Problem yoxdur. Futbolçulara tapşırıqları veririk. Səbuhiyə başa salırıq ki, mərkəzdə səhv etmək olmaz, amma hər oyun təkrarlanır.

 

– Belə çıxır, kapitanla baş məşqçi arasında problem var?

– Tək Səbuhi ilə bağlı problem yoxdur. Bu gün Səbuhidir, sabah Murata, sonra Ninkoviç ola bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. "Neftçi" kimi rəqiblər belə səhvləri bağışlamır.

 

– "Karvan-Yevlax", "Kəpəz", "Qəbələ"yə qarşı da yaxşı oyun görməmişik. Bunun arxasında nə dayanır?

– "Kəpəz"lə oyunu izləmisiniz? Buraxdığımız qollara baxmısınız?

 

– Futbolçular səhv edəcəksə, bəs, baş məşqçi burda nə rol oynayır?

– Çempionatda 4-5 komanda var ki, səviyyə baxımından bizi üstələyir. Səhvlər nəticəyə təsir edir. Biz maksimumuza ötən ilin noyabrında çatdıq. Çempionatın birinci yarısında heç kim sual vermirdi ki, niyə belə qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

 

– Rəhbərliyi dediniz, futbolçuların səhvlərini bildirdiniz. Bəs, siz baş məşqçi kimi nələri səhv edirsiniz? 

– Məsuliyyətim komandanı hazırlamaq, buraxılan səhvləri çalışmaqdır. Futbolda daha çox səhv edən komanda uduzur. Böyük problemimizdir, asan səhvlər buraxırıq. Sırf buna görə uduzuruq. Məşqlərdə çalışırıq, səhvlər üzərində işləyirik, amma növbəti oyunda yenə bu səhvlər təkrarlanır. "Qarabağ" eyni heyətlə nə qədər uzağa gedə bilər? Rotasiyalar lazımdır…

 

– Səbuhi Abdullazadə sanki oynamaq istəmir. Onu meydana buraxmaq nə dərəcə düzgündür?

– Mənim üçün inanılmazdır. Çünki mən də futbolçu olmuşam. Başa düşə bilmirəm ki, necə oynamaq istəməyə bilərsən? Bu, anormal bir şeydir. Səbuhi bu klubun yetirməsidir. Onun oynamamaq istəməməsinə inanmıram.

 

– Azarkeşlər sizinlə bağlı problem görmür, onlar da futbolçuları günahkar sayır. Rəhbərlik yeni müqavilə təklif etsə, qərarınız necə olar?

– Nəticə qazanmaq istəyirsənsə, hamı bir olmalı, bir strategiya üçün çalışmaq lazımdır. Demirəm ki, bütün səhv futbolçularındır, hamının səhvləri var. Futbolçuların səhvi mənim səhvim deməkdir. Yeni müqavilə haqda danışmaq istəmirəm. İndi bunun vaxtı deyil.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Oxşar xəbərlər