"Turan Tovuz"un futbolçusu Hayderson Hurtadonun taleyinə aydınlıq gəlib. Sport24.az-ın məlumatına görə, qərb təmsilçisi 30 yaşlı müdafiəçisinin müqaviləsini uzadıb.
Kolumnbiyalı oyunçu ilə üç illik anlaşma əldə olunub.
Qeyd edək ki, Hayderson Hurtado 2025-ci ildən Tovuz komandasının formasını geyinir.