top
Hayderson Hurtado: “Əsas məqsəd “Qarabağ”ı keçmək yox, yerimizi qorumaqdır” - MÜSAHİBƏ Idman.biz
28 aprel 2026, 11:33
- ↺ +

Hayderson Hurtado: “Əsas məqsəd “Qarabağ”ı keçmək yox, yerimizi qorumaqdır” - MÜSAHİBƏ

"Bu, həm Tovuz, həm klubumuz, həm də biz futbolçular üçün möhtəşəm bir hadisə olacaq".

Bunu "Turan Tovuz"un futbolçusu Hayderson Hurtadonun evdə "Zirə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının 29-cu tur matçından sonra sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Qələbə hesabını qoruya bilməməyinizə səbəb nə oldu?

- Əlbəttə, qalib gəlmək istəyirdik. Amma heç-heçə də bizə uyğundur. Önümüzdə "Qarabağ"la çox önəmli oyun var. İndi bir az dincəlməliyik. Şəxsən mən hər oyunda qalib gəlmək istəyirəm. Bizi böyük hədəflər gözləyir, ona görə də gücümüzü bərpa etməliyik.

- Düşünmürsünüz ki, "Zirə"yə Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində iki oyunun yekununda uduzmağınız ilk görüşdə baş hakim Əliyar Ağayevin səhv qərarlarının nəticəsində oldu?

- Mən buna şərh vermək istəmirəm.

- Bəs məğlubiyyəti nə ilə izah etmək istərdiniz?

- Ümumiyyətlə, kubok qarşılaşmaları barədə danışmaq fikrim yoxdur.

- "Zirə" ilə bu mövsüm keçirdiyiniz 5 oyunun cəmi 1-də qalib gələ bilmisiniz. Onlara qarşı oynamaq niyə bu qədər çətindir?

- "Zirə" həqiqətən mürəkkəb rəqibdir, onları rahat uda bilmirik. Eynilə biz də onlar üçün ağır rəqibik. Sadəcə, öz diqqətsizliyimizdən fürsətləri əldən verdik. O xalları itirməsəydik, bəlkə də indi turnir cədvəlində daha yüksək yerdə olardıq. Amma hazırda üçüncü yerdəyik və bu da böyük göstəricidir. İndi isə biz qarşıdakı çox önəmli oyunu düşünməliyik.

- "Turan-Tovuz"un avrokuboklara yollanma şansını necə dəyərləndirirsiniz?

- Bu, həm Tovuz, həm klubumuz, həm də biz futbolçular üçün möhtəşəm bir hadisə olacaq. Avrokuboklarda oynamaqdan çox xoşbəxt olacağam. Bu, mənim karyeramda nail olmaq istədiyim ən böyük məqsədlərdən biridir. Belə bir uğura imza atacağımız üçün çox xoşbəxtəm. Bu nailiyyət mənim üçün bir növ "borcun qaytarılması" kimidir. Növbəti ilin bizə nə gətirəcəyini isə zaman göstərər, güman edirəm ki, hər şey yaxşı olar.

- Artıq Avropa kuboklarına vəsiqənin təmin olunduğunu demək olar?

- Mən buna əminəm! Artıq vəsiqəni təmin etmişik. Riyazi olaraq kənarda qalmağımız qeyri-mümkündür. Qarşıda dörd oyunumuz var, biz hələ də qələbələr üçün vuruşacağıq. Xüsusən də öz meydanımızda, azarkeşlərimiz önündə keçirəcəyimiz iki oyunda bu işi möhürləyəcəyik.

- "Qarabağ"ı məğlub edib ikinci yerə yüksəlmək xəyaldır, yoxsa reallıq?

- Futbolda hər şey mümkündür, sürprizlər həmişə olur. Amma biz realist olmalıyıq. "Qarabağ" çox güclü rəqibdir. Bizim üçün ən vacibi hazırda olduğumuz mövqeni - üçüncülüyü qorumaqdır. Bu yer bizə Avropa qapılarını açır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:36

Luis Enrike: Barselona üzərində 4:2 hesablı qələbənin açarı PSJ-nin müdafiəsi oldu

Futbol
Bu gün, 02:05

Kvaratsxeliya "Barselona" məcburiyyətində ağır zədələndi: 9 ay müddətində yaxına qala bilər

Futbol
Bu gün, 01:49

“Barselona” UEFA Çempionlar Liqasının üçüncü turunda PSJ-yə 2:4 uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı - Flik rəqibin üstünlüyünü etiraf etdi

Formula 1
Bu gün, 01:35

Williams Marvel ilə əməkdaşlıqda Doctor Dum üslubunda bolid təqdim etdi

Futbol
Bu gün, 01:19

“Sabah” qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının üçüncü turunda ən yüksək bal toplayaraq “Borussiya”nın dublini geridə qoydu

Futbol
Bu gün, 01:13

David Raya La Liqada oynamak istədiyini bildirdi

Futbol
Bu gün, 00:52

Sabah – Borussia Dortmund matçında bütün qollar Afrika futbolçuları tərəfindən vuruldu

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Futbol
Bu gün, 00:30

Žirasi "Sabah"la Çempionlar Liqası görüşünün ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 00:21

Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Futbol
Bu gün, 00:03

Dani Olmo, PSG qarşılaşmasında yaralandı

Futbol
Dünən, 23:50

Bundesliqada “Sabah” və “Borussiya Dortmund” matçı 2-1 nəticə ilə sona çatdı, Azərbaycan klubu müqavimət göstərdi

Futbol
Dünən, 23:44

Mikel Artertanın bəyanatı: Subimendi Bayern ilə oyunda iştirak edəcək

Futbol
Dünən, 23:41

Dambrauskas: Keyfiyyətli rəqib qarşısında şansımız az idi

Futbol
Dünən, 23:31

Dambrauskas məğlubiyyətdən sonra futbolçularına qürur duyduğunu bildirdi

Futbol
Dünən, 23:26

Sabah 2-1 məğlubiyyətlə Borussia Dortmund-a: layiqli mübarizə, səhvlər və fürsət itkisi

Qarabağ FK
Dünən, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Futbol
Dünən, 22:55

Arsenal, Barcelona müdafiəçisi Xavi Espartı alqı‑satqıya təklif edir

Digər
Dünən, 22:35

Ançelotti: Fransadakı iğtişaşlar Lilldə mağazaları dağıtdı

Futbol
Dünən, 22:19

Flik, Rodrinin PSJ qarşılaşmasında ehtiyatda qalmasının səbəbini izah etdi

Basketbol
Dünən, 22:09

NBA 2026/2027 mövsümündə 125 əcnəbi basketbolçu çıxış edəcək, Fransa Kanada hərfini keçib

Futbol
Dünən, 21:58

Entoni Teylor Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin sədri ola bilər

Digər
Dünən, 21:50

U-23 Avropa çempionatında 9 medal qazanan Azərbaycan ağırlıqqaldıran seçməsini hava limanında təntənəli qarşılama mərasimi təşkil olundu

Voleybol
Dünən, 21:50

Ziya Rəcəbov: “Qadın voleybolçularımız CEV Çempionlar Liqasında Mladostu 3:0 məğlub etdi və təcrübə öz sözünü dedi”

Oxşar xəbərlər