Haiti millisinin baş məşqçisi Sebastyan Minye istefaya göndərilib. Sport24.az xəbər verir ki, bu barədə yerli federasiyanın rəsmi saytı məlumat yayıb.
Federasiya açıqlamasında 53 yaşlı fransız mütəxəssisə peşəkarlığına, fədakarlığına və Haiti futbolunun inkişafına verdiyi töhfəyə görə təşəkkür edib. Onun ən böyük nailiyyəti Haitinin 2026-cı il dünya çempionatına vəsiqə qazanması idi - komandanın 52 ildən sonra turnirdə ilk çıxışı.
Qeyd edək ki, Haiti DÇ-2026-da qrupdakı hər üç oyunda məğlub olub: Şotlandiya (0:1), Braziliya (0:3) və Mərakeş (2:4).