top
Gülağa Cabarov Hakimliyin Problemləri, Kollinanın Günahları və Azərbaycan Hakimləri Haqqında Danışdı Idman.biz
07 mart 2026, 14:47
- ↺ +

Gülağa Cabarov Hakimliyin Problemləri, Kollinanın Günahları və Azərbaycan Hakimləri Haqqında Danışdı

"Mənim üçün fərqi yoxdur. Mütəxəssisəm, ehtiyac duysalar, həmişə kömək etməyə hazıram".

Bunu AFFA Hakimlər Komitəsinin sabiq sədri Gülağa Cabarov sportnet.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Hazırkı fəaliyyətiniz nədən ibarətdir?

- Hakim-inspektor kimi təyinatlar alırdım. 70 yaşımın tamamından sonra fəaliyyətim dayandı. Hazırda Azərbaycan Futbol Hakimləri (AFH) İctimai Birliyinin sədriyəm və bu sahədə ictimai əsaslarla fəaliyyət göstərirəm. Bu təşkilat 2003-cü ildə təsis olunub və AFFA-nın səs hüquqlu təşkilatıdır. 2025-ci ildə 12, bu il isə artıq 2 tədbir keçirmişik. Veteran hakimlər olaraq, bu sahənin inkişafı üçün əlimizdən nə gəlirsə, edirik.

- AFFA hansısa məsələdə fikirlərinizi bölüşməyinizdən ötrü sizə müraciət edibmi?

- Xeyr, belə bir müraciət olmayıb.

- Bu durum sizi razı salır?

- Mənim üçün fərqi yoxdur. Mütəxəssisəm, ehtiyac duysalar, həmişə kömək etməyə hazıram.

- Azərbaycan Premyer Liqasındakı hakimliyi necə qiymətləndirirsiniz?

- Bu gün hakimlik ümumilikdə bir ölkənin problemi deyil. Bu problem bütün dünyada mövcuddur. Həqiqətən də müzakirələr çoxdur. Bir şeyi də deyim ki, hazırda hakimlikdən hamı - anlayışı olan da, olmayan da danışır. Meydanda da belədir: Qapıya tərəf zərbə vururlar, top kiməsə dəyirsə, bütün komanda əlini qaldırır ki, penaltidir. Şəxsi fikrim budur ki, hakimliyin belə vəziyyətə çatmasında Pyerluici Kollinanın böyük günahları var. Bütün problemlər 2016-cı ildə Kollina FIFA Hakimlər Komitəsinə sədr təyin olunduqdan sonra başlayıb. Mən bunu həmişə deyirəm.

- Kollina nə edib?

- Futbol oyun qaydaları var idi və hamı ona ciddi riayət edirdi. Amma bilirsinizmi, hazırda FIFA hər il nə qədər təlimat buraxır? Yəni, bu il dediyini gələn il dəyişir. Sabitlik yoxdur. Misal üçün əllə oyun təlimatlarını göstərə bilərəm. Bu il dediklərinə gələn il düzəliş edirlər. Problem də bu cür hallardan qaynaqlanır. Azərbaycanda da həmin səhvlərdir. UEFA Hakimlər Komitəsinin sədri Roberto Rosetti də italiyalıdır. O, VAR sisteminə qarşı çıxır. Futbol oyun qaydaları deyir ki, qərar oyunun ruhuna uyğun olmalıdır. Lakin elə qərarlar olur ki, oyun ruhuna uyğun olmasına VAR imkan vermir.

- Bəs hakimlərdə fərdi səhvlər yoxdur?

- Əlbəttə, bütün dünyada bu səhvlər var.

- Oğlunuz Rauf Cabarov da hakimdir. Onun baş hakim kimi idarə etdiyi "Qəbələ" - "Sabah" oyununda problem olmuşdu. Meydan sahiblərinin vurduğu qolu, R.Cabarov VAR-a baxdıqdan sonra ləğv etmişdi...

- Hər hansı məğlub komandanın hakimlikdən razı qaldığını eşitmisiniz?

- Burada məsələ başqadır. İndi elə bir vəziyyət yaranıb ki, "Sabah" lehinə istənilən mübahisəli qərar AFFA ilə bu klubun yaxınlığının nəticəsi kimi yozulur...

- Şəxsən mən bilmirəm ki, kim kimə yaxındır. Məndə belə bir məlumat yoxdur. Özüm sırf hakimlikdən danışa bilərəm. Kimin kiminlə yaxın olması məni heç vaxt maraqlandırmayıb. Həyatım boyunca hakimlikdə obyektiv olmuşam və buna görə müəyyən qədər hörmət qazanmışam. Komanda məğlub olub və narazı qalıb. Başqa nə olmalı idi? Mən də uduzsaydım, narazı qalardım. Mənim üçün Azərbaycan futbolundakı bütün hakimlər oğlumdur. Özüm AFFA Hakimlər Komitəsinin sədri olduğum vaxt da belə söhbətlər gedirdi. Rauf Cabarov o zamanlar da hakim idi. Jurnalistlərə təklif etmişdim ki, gəlin, Rauf Cabarovun oyunlarından sonra birlikdə müzakirələr aparaq. Lakin heç kim gəlmədi. Mən hakimliyin çörəyini yemişəm. Oğlumla başqa hakimlər arasında fərq qoymamışam. Heç bir hakim hiss etməyib ki, oğluma simpatiyam o birilərindən çoxdur. Bu, qətiyyən ola bilməzdi.

- Yəni, Rauf Cabarov "Qəbələ" - "Sabah" matçında doğru qərar vermişdi?

- AFFA Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Rəhim Həsənov dedi ki, qərar doğrudur. Bundan başqa nə olmalıdır ki?!

- Axı siz hər bir turdakı mübahisəli qərarları Hakimlər Komitəsinin sədrinin şərh etməsini doğru saymırsınız...

- Mən sadəcə, təklif edirəm ki, bu məsələ ilə AFFA yanında müstəqil komissiya məşğul olsun.

- Bəlkə həmin komissiya başqa fikir səsləndirəcəkdi?

- Komissiya yaradılsın, başqa fikir desin də... Mən nə deyirəm ki?! Hansısa qərara fikir bildirməyim etik cəhətdən doğru olmaz. Mən hakimliyin inkişafından danışıram və bu istiqamətdə təkliflərimi verirəm. Amma klublar nə edirlər? Oyunlardan sonra mübahisəli epizodu şərh etməsindən ötrü hansısa türkiyəli hakimə müraciət edirlər. Azərbaycan və Türkiyə hakimliyinin tarixi arasında nə qədər fərqin olduğunu bilirsiniz? Tofiq Bəhramov 1966-cı il dünya çempionatının finalına təyinat alanda, 1970-ci il mundialının oyunlarında hakimlik edəndə Türkiyə hakimləri haqqında danışan yox idi. Sonradan bircə Doğan Babacan ortaya çıxdı. O da 1974-cü il dünya çempionatının oyunlarında hakimlik etdi. Türkiyənin hazırkı hakimliyinin nə vəziyyətdə olduğunu da bilirsiniz. Biz həmişə Türkiyə hakimlərinə dərs demişik.

- Sözün həqiqi, yoxsa məcazi mənasında?

- Məcazi mənada. Yəni, Azərbaycan futbol hakimliyinin tarixi Türkiyəninkindən xeyli qədimdir. SSRİ dövründə güclülər dəstəsinin oyunlarını idarə edən hakimlərin sayı 20 nəfər olurdu. Elə il olub ki, 20 nəfərdən 5-i Azərbaycanı təmsil edib.

- Rauf Cabarov bir müddət FIFA referisi olub. Onun belə bir statusu itirməsini necə qarşıladınız?

- Rauf Cabarovu FIFA referiliyindən AFFA Hakimlər Komitəsinin əvvəlki sədri Barış Şimşek uzaşlaşdırdı. Təbii ki, bu qərarı yaxşı qəbul etmədim.

- Yeri gəlmişkən, bu vəzifədə son illər 3 əcnəbi mütəxəssis çalışıb. Milli assosiasiya rəhbərliyi bunu UEFA-nın tövsiyəsi kimi dəyərləndirirdi...

- UEFA-nın belə bir tövsiyəsi yoxdur. Onlar milli assosiasiyaların daxili işlərinə heç vaxt qarışmırlar. Sadəcə, belə çıxdı ki, Azərbaycanda VAR sistemini qurmaqdan ötrü əcnəbiləri gətirmişdilər. Hesab edirəm ki, Azərbaycan hakimliyinə rəhbərliyi azərbaycanlı etməlidir. Bu gün Rəhim Həsənov Hakimlər Komitəsinin sədridir. Gənc, bacarıqlı oğlandır və qabiliyyətini göstərəcək. Lakin ona vaxt lazımdır.

- Hakimlərin hüquqlarını qoruyan təşkilatın sədri kimi Rauf Allahverdiyevin uzaqlaşdırılmasına münasibətiniz necədir?

- Rauf Allahverdiyev Azərbaycan Premyer Liqasının oyunlarında bir neçə il baş hakim və VAR hakimi olub. Belə bir səviyyəyə gəlib çatanadək ona AFFA nə qədər vəsait xərcləyib. Bura təlim-məşq toplanışları, geyim təminatı və idarə etdiyi oyunlara sərf olunan vəsait daxildir. Bildiyim qədərilə buraxdığı səhvə və AFFA-ya qarşı hansısa ifadələrdən istifadə etdiyinə görə hakimlikdən kənarlaşdırılıb. Lakin o, bizim təşkilata müraciət etməyib. Etsəydi, bu məsələni dəqiqləşdirərdik. Təəssüf ki, Premyer Liqa hakimi birdən-birə silinir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər