top
Füzuli Məmmədov: Komandanın liqada qalması üçün çox çalışdım, amma alınmadı Sport24.az
24 may 2026, 18:20
- ↺ +

Füzuli Məmmədov: Komandanın liqada qalması üçün çox çalışdım, amma alınmadı

Misli Premyer Liqasının XXXIII turunun "İmişli" – "Karvan-Yevlax" oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Nəticənin turnir cədvəli baxımından mahiyyəti olmasa da, qələbə qazanmaq istəyirdik. Meydanda yaxşı mübarizənin şahidi olduq. Ağır yol keçdik, mövsüm bitdi. Təəssüf ki, komandamız I Liqaya yuvarlandı. Oyuna gəlincə, futbolçular meydanda əziyyət çəkdi. Yekunda istədiyimizə nail ola bilmədik. Hər kəsə uğurlar arzu edirəm.

 

– Komanda ilə davam edəcəksinizmi? Edəcəksinizsə, heyətdə nə qədər dəyişiklik olacaq?


– Çox istəyirəm ki, I Liqada iddialı olaq, yenidən Premyer Liqaya qayıdaq. Arzum budur. Yəqin, sabah rəhbərliklə görüşümüz olacaq. Şərtlərim, tələblərim qəbul olunsa, davam edəcəyəm. Bu heyətdə yaxşı futbolçular var. Şərtlər də yaxşı olsa, onlarla da danışılacaq.

 

– Samuel Durrantın oyununu necə dəyərləndirirsiniz?


– Bir oyuna görə futbolçunu şərh etmək istəmirəm. Meydanda əzmkar oyun gedirdi. Rəqib böyük təzyiqlə üzərimizə gəlirdi. Durrant keyfiyyətli oyunçudur, ancaq bu gün ondan istədiyimi ala bilmədim. Həm də futbolçular üçün belə matçlarda psixoloji çətinlik olur. Komanda liqadan düşüb, iddia qalmayıb. Ruh düşkünlüyü normaldır. Durrantı başa düşürəm, klubla müqaviləsi başa çatıb. Ona uğurlar arzu edirəm.

 

– Başqa təklifləriniz var?


– Əvvəlcə klubun rəhbərliyi ilə danışacam. Bu görüşdən çox şey asılıdır.

 

– Mövsümlə bağlı fikirləriniz nədir? 


– Səmimi deyirəm, nəticəyə görə üzgünəm, belə şeyləri sevmirəm. Ağır mövsüm keçirdik. Heyfislənmirəm, böyük təcrübə qazandıq. Premyer Liqada lazımi yol keçdik. Karyeram üçün yaxşı təcrübəm oldu, möhkəmləndim, məşqçi kimi çox şey gördüm. Amma yenə deyirəm, istəməzdim belə olsun. Çox çalışdım ki, komanda liqada qalsın. Premyer Liqa haqqında danışası olsaq, maraqlı mövsüm keçdi. "Neftçi"nin, "Sabah"ın, "Turan Tovuz"un oyunlarını qeyd etmək olar. Avrokuboklarda olacaq komandalara uğurlar arzu edirəm. Sürətli çempion oldu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:09

İnter, Milan qarşısında məğlubiyyətlərlə səkkiz oyuna çatdı

Futbol
Bu gün, 06:13

Barcelona baş məşqçisi Hans-Dieter Flik 100-cü qələbəsini qazandı, Luis Enrikenin rekordunu keçə bilmədi

Futbol
Bu gün, 05:18

Harri Keyn ilk 13 oyunda ötən mövsümün asist göstəricisini keçdi

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Oxşar xəbərlər