top
Fransa-İspaniya oyununda 70 min polis səfərbər olunacaq Idman.biz
12 iyul 2026, 23:29
- ↺ +

Fransa-İspaniya oyununda 70 min polis səfərbər olunacaq

Fransa millisinin İspaniya ilə keçirəcəyi dünya çempionatının yarımfinal oyunu günü ölkədə gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.

İdman.Biz xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nunes iyulun 14-də ölkə ərazisində 70 min polis və jandarmın asayişə nəzarət edəcəyini bildirib.

Nazirin sözlərinə görə, genişmiqyaslı təhlükəsizlik tədbirləri həm Bastiliyanın alınması günü münasibətilə keçiriləcək milli bayram tədbirləri, həm də Fransa-İspaniya qarşılaşması ilə əlaqədardır.

"Çərşənbə axşamı 14 İyul milli bayramının qeyd olunması və axşam keçiriləcək Fransa-İspaniya yarımfinal oyunu ilə əlaqədar 70 min polis və jandarmın daxil olduğu genişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçiriləcək", - deyə Loran Nunes BFMTV telekanalına açıqlamasında bildirib.

Daxili işlər naziri təhlükəsizlik tədbirlərinin bütün günü və axşam saatlarında qüvvədə olacağını vurğulayıb. O, təkcə Parisdə 5 min polis və jandarmın xidmət aparacağını açıqlayıb. Hüquq-mühafizə əməkdaşları səhər saatlarından etibarən Yelisey meydanlarında keçiriləcək ənənəvi hərbi paradın və digər tədbirlərin təhlükəsizliyini təmin edəcəklər.

Fransa-İspaniya matçı iyulun 14-də ABŞ-nin Texas ştatının Arlinqton şəhərində yerləşən "AT&T Stadium"da keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Fransa millisi 1/4 finalda Mərakeşə 2:0, İspaniya isə Belçikaya 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalın qalibi dünya çempionatının həlledici görüşündə İngiltərə-Argentina cütünün qalibi ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:08

“Udineze” klubu uğursuz nəticələrdən sonra baş məşqçini Kosta Runyaiçdən Paolo Dzanettiyə dəyişdi

Futbol
Bu gün, 04:21

UEFA-ın ultimatumundan sonra FIFA sənədləri Şura üzvlərinə təqdim etməyə razılaşdı

Cüdo
Bu gün, 03:17

Dakar 2026 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdoçusunun ilk qızıl medalı Bakıdadır

Futbol
Bu gün, 03:05

“Bavariya” Çempionlar Liqasında ilk səkkizlik mərhələsinə çıxmağı hədəf qoydu

Futbol
Bu gün, 02:06

Everton 1-0 yeniləndi, Nyukasl məğlub edildi

Futbol
Bu gün, 02:01

Deportivo 2:1lə Osasuna'ya qarşı qələbə qolu 87-ci dəqiqədə vuruldu

Futbol
Bu gün, 01:53

Brest səfərdə Lorientı 2:0 məğlub etdi, penaltini qaçırdı

Futbol
Bu gün, 01:31

“Sabah” Norveçin Stavanger şəhərində soyuq hava və süni otlu stadionla qarşılaşacaq

Futbol
Bu gün, 01:09

Flik Unai Emerini dünyanın ən yaxşı məşqçilərindən biri hesab etdi

Futbol
Bu gün, 00:52

Norveç mətbuatında ‘Sabah’ klubunun təqdimatı: ‘Heç kimin tanımadığı komanda’

Şahmat
Bu gün, 00:32

Məhəmməd Muradlı KazChess Masters turnirində gözləntiləri yerinə yetirə bilmədi

Futbol
Bu gün, 00:12

Tebas Real Madrid‑i İspan futboluna ciddi zərər vurmaqda ittiham edir

Futbol
Dünən, 23:42

Çelsi və Liverpul, Brentford müdafiəçisi El Hacı Malik Diufun transferi üçün maraqlıdır

Futbol
Dünən, 23:27

Fiorentina, Sassuolo qarşısında 4:2 hesabı ilə qalib gəldi

Futbol
Dünən, 23:24

Sumqayıt vs Şəfa: 1-1 nəticəli Premier Liq 10-cu turu video icmalı

Futbol
Dünən, 23:19

Ukraynanın Polissya klubu Aravonun Rusiya ilə yoldaşlıq məcburiyyətində iştirakını qadağan etdi

Futbol
Dünən, 23:05

"Vikinq"in baş məşqçisi Morten Yensen "Sabah"la Çempionlar Liqası matçı ərəfəsində mətbuat konfransında iştirak etməyib

Futbol
Dünən, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Dünən, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Dünən, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Dünən, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Dünən, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Dünən, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Dünən, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Oxşar xəbərlər