top
FIFA prezidenti İnfantino-Tramp əlaqəsi barədə təkzib edib Idman.biz
04 avqust 2026, 15:37
- ↺ +

FIFA prezidenti İnfantino-Tramp əlaqəsi barədə təkzib edib

Dünya futbolunun ali qurumu FIFA prezidenti Canni İnfantinonun ABŞ administrasiyası ilə əlaqə saxlaması barədə yayılan məlumatı təkzib edib.

İdman.Biz xəbər verir ki, "New York Post" İnfantinonun istefa təzyiqləri fonunda vəzifəsini qorumaq üçün Donald Tramp administrasiyasının dəstəyini almağa çalışdığını yazıb. Nəşrin məlumatına görə, FIFA prezidenti ABŞ dövlət katibi Marko Rubio ilə qapalı danışıq keçirmək istəyib.

FIFA sosial şəbəkədə yaydığı açıqlamada iddianı rədd edib:

"FIFA prezidenti son günlərdə ABŞ prezidenti və ya onun administrasiyasının hər hansı üzvü ilə əlaqə saxlamayıb. Bu məlumat tamamilə uydurmadır".

ABŞ Dövlət Departamentinin nümayəndəsi də İnfantino ilə Rubio arasında görüş və ya danışığın planlaşdırılmadığını bildirib.

Məlumata əsasən, narazılıq FIFA-nın yayım, sponsorluq, lisenziyalaşdırma və bilet satışından əldə etdiyi gəlirləri yeni kommersiya qurumunda birləşdirmək planından sonra yaranıb. "FIFA Forward Enterprise" adlanan layihə çərçivəsində şirkətin 20 faizlik payının özəl investorlara satılması və təxminən 4,2 milyard dollar - 7,14 milyard AZN vəsait cəlb edilməsi nəzərdə tutulub.

Layihənin potensial tərəfdaşları arasında Coşua Kuşnerin rəhbərlik etdiyi "Thrive Capital" investisiya şirkəti də göstərilib. Güclü etirazlardan sonra FIFA bu plandan imtina edib. UEFA isə məsələ ilə bağlı sənədlərin və elektron yazışmaların qorunmasını tələb edən hüquqi bildirişi FIFA-ya göndərib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 17:53

Erhan Toker: LANDAU Lions-də zədə problemləri davam edir, oyunçu dəyişikliyi barədə qəti qərar yoxdur

Futbol
Bu gün, 17:40

“Qəbələ”nin bazar dəyəri daha böyük, “Şəfa”nın iddiaları nəticələrlə uyğun gəlmir

Futbol
Bu gün, 17:40

CAS-ın qərarı sabah Mərakeşi, yoxsa Seneqalı sevindirəcək?

Futbol
Bu gün, 17:38

“Şimal”ın baş məşqçisi böyükhesablı qələbəni şərh etdi

Futbol
Bu gün, 17:23

“Barselona”nın azərbaycanlı azarkeşləri 474 qonağı qarşılayacaq

Futbol
Bu gün, 17:23

Şamaxının ev stadionunda işıqlandırma sistemi quraşdırılır

Futbol
Bu gün, 17:20

“Mənə “qırmızı”nı niyə göstərdiyini özüm də anlamadım” - Qəribə səbəb göstərdi

Futbol
Bu gün, 17:16

Ukraynada yetişən azərbaycanlı futbolçu: Əsas komandada oynamaq istəyirəm - Foto

Futbol
Bu gün, 17:10

PSJ rusiyalı qapıçını komandada saxlayır

Futbol
Bu gün, 17:10

Arda Gülər Yamalı qabaqladı

Futbol
Bu gün, 17:09

“Marafon”dan darmadağın, “Şəmkir”dən inamlı qələbə

Cüdo
Bu gün, 17:04

“Övladınızın fiziki və ruhən güclü olmağını istəyirsinizsə, onu kunq-fu sandaya yazdırın” - Toğrul Mikayılovun İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Futbol
Bu gün, 17:03

«Real»dan Endriklə bağlı açıqlama

Futbol
Bu gün, 17:00

UEFA "Sabah"ın futbolçusuna ağır cəza verdi

Futbol
Bu gün, 17:00

“AFFA-nın və sponsorların bizdən xəbəri yoxdur, klubumuzun prezidenti yalançıdır”

Qarabağ FK
Bu gün, 16:56

Toral Bayramova Azərbaycandan təklif var - Özəl

Futbol
Bu gün, 16:49

Şahin Diniyev: 'Sabah' - 'Barselona' matçı futbolsevərlər üçün bayramdır

Futbol
Bu gün, 16:44

İsveçdə qəribə hadisə: Azarkeşlər öz komandalarının qaçırdığı penaltini qol kimi qeyd etdilər - Video

Basketbol
Bu gün, 16:40

Azərbaycanda basketbolun inkişafı üçün memorandum imzalandı

Futbol
Bu gün, 16:40

PSJ Yeni Hədəf Xulian Alvaresi Transferi

Basketbol
Bu gün, 16:40

Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb

Futbol
Bu gün, 16:34

Günəş tutulmasını izləyən futbolçu əməliyyat olundu

Basketbol
Bu gün, 16:34

Ermənistan Bakıda keçiriləcək “Avrobasket-2027”də iştirak üçün müraciət edib

Digər
Bu gün, 16:26

Azərbaycan idmançıları Avropa turnirində 10 medal qazandılar - FOTO

Oxşar xəbərlər