"Milliyə dəvət olunan qapıçılar əvvəlki toplanışlaradada yığmaya cəlb olunurdu". Bu sözləri Sport24.az-a açıqlamasında Fərhad Vəliyev deyib.
Azərbaycan millisinin sabiq qapıçısı 3 aydır meydana çıxmayan Şahruddin Məhəmmədəliyevin milliyə dəvət almasına münasibət bildirib:
"Şahruddin Məhəmmədəliyev uzun müddət zədədən əziyyət çəksə də, bildiyim qədər artıq məşqlərə başlayıb. Fikrimcə, çağrılan hər bir qapıçı milliyə layiqdir. Şahruddin yığmanın əsas qapıçısıdır. Buna görə də dəvət alıb. Yusif İmanov "Kəpəz"də stabil çıxış edir. Məncə, onu da heyətə cəlb etmək olardı. Təbii ki, baş məşqçinin qərarıdı, hörmətlə yanaşırıq".
Qeyd edək ki, Azərbaycan milli komandası martın 27-də Sent Lüsiya, 30-da isə Syerra- Leone yığması ilə qarşılaşacaq. Hər iki oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək və saat 19:00-da başlayacaq.