top
Felipe Santos: Neftçi ilə oyun çempionatın sonunu müəyyən edəcək Idman.biz
10 aprel 2026, 11:58
- ↺ +

Felipe Santos: "Neftçi" ilə oyun çempionatın sonunu müəyyən edəcək

"Hər şey növbəti oyundan asılı olacaq. Avrokuboka çıxmaq üçün hələ də şansımız var".

Bunu "Araz-Naxçıvan"ın braziliyalı yarımmüdafiəçisi Felipe Santos futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– 27-ci turda sizi "Neftçi" ilə vacib oyun gözləyir. Hansı ki, rəqib keçən turdakı qələbə sayəsində "Araz-Naxçıvan"ı turnir cədvəlində qabaqladı. Matçdan gözləntiniz nədir?

– Fikrimcə, "Neftçi" ilə oyun çempionatın son turlarının necə keçəcəyini müəyyən edəcək. Qalib gəlməliyik. İndi kimlərin böyük oyunçu olduğunu göstərmək vaxtıdır. Bu matçı səbirsizliklə gözləyirəm.

– Hazırda altıncı pillədə qərarlaşan "Araz-Naxçıvan" avrokuboklara vəsiqə qazana biləcəkmi?

– Hər şey növbəti oyundan asılı olacaq. Avrokuboka çıxmaq üçün hələ də şansımız var. Ancaq "Neftçi" ilə görüşdə xal qazana bilməsək, rəqib fərqi artıracaq, nəticədə şanslarımız azalacaq.

– Bu mövsüm "Araz-Naxçıvan"ın performansında stabillik çatışmır. Bunun səbəbini nədə görürsünüz?

– Təəssüf ki, bu mövsüm planlaşdırdığımız kimi keçmədi. Məncə, Avropaya gedə biləcək heyətimiz var, amma çox şey baş verdi. Bununla belə, hələ də şansımız qalır.

– Artıq mövsümün sonu yaxınlaşır. Azərbaycanın və ya digər ölkələrin daha iddialı klublarından təkliflər gəlirmi?

– Hələ Azərbaycandan heç bir təklif almamışam. Buna baxmayaraq, diqqətim ilk növbədə Azərbaycandadır. Gələcəyimlə bağlı qərarı yaxın günlərdə verəcəyəm.

– "Araz-Naxçıvan" avrokuboklardan kənarda qalacağı halda, komandadan gedişiniz dəqiqləşəcək?

– "Araz-Naxçıvan"la müqaviləm iyun ayınadək qüvvədədir və indiyə qədər onun uzadılması ilə bağlı klub rəhbərliyindən heç bir təklif almamışam.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 11:14

Bakıda cüdo məşqçiləri üçün 6 günlük peşəkar inkişaf proqramı keçiriləcək

Basketbol
Bu gün, 11:11

Stiv Kerr MBA-da ən çox qazanan baş məşqçi oldu

Futbol
Bu gün, 11:02

UEFA Gənclər Liqası V tur: "Sabah" U19 "Barselona" ilə Bank Respublika Arenada qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Cahangir Həsənzadə: "Barselona ilə müsabiqə qeyri-real görünə bilər"

Futbol
Bu gün, 10:59

Milanın fransalı yarımmüdafiəçisi Rabyo 2030-ə qədər müqaviləni uzatmaq üçün hazır

Futbol
Bu gün, 10:56

Haaland öz soyadının əmtəə nişanı kimi qeydiyyatına qarşı məhkəməyə baş vurub

Futbol
Bu gün, 10:55

UEFA Avropa Liqasında Türkiyə və İsrail azarkeşləri illər sonra yenidən eyni stadionda olacaq

Şahmat
Bu gün, 10:54

Cenevrədə Qukeş–Sindarov matçının ilk partiyası heç-heçə ilə başa çatdı

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:27

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Oxşar xəbərlər