top
Fabreqas: Dörd il əvvəl paltardəyişmə otağımız bar idi, indi isə Çempionlar Liqasındayıq Idman.biz
25 may 2026, 17:44
- ↺ +

Fabreqas: "Dörd il əvvəl paltardəyişmə otağımız bar idi, indi isə Çempionlar Liqasındayıq"

İtaliyanın "Komo" klubunun baş məşqçisi Sesk Fabreqas komandasının Çempionlar Liqasına vəsiqə qazanmasını şərh edib.

İdman.Biz xəbər verir ki, A Seriyasının son turunda "Kremoneze" üzərində qələbə "Komo"ya mövsümü 4-cü pillədə başa vurmağa imkan verib.

Fabreqas futbolçularına əvvəlcədən qarşıya konkret hədəf qoyduğunu bildirib:

"Parma" ilə oyundan əvvəl uşaqlara dedim ki, Çempionlar Liqasına çıxmaq üçün bizə iki qələbə kifayət edəcək. Komandaya velosipedçi haqqında video göstərdim. O, yarışa altıncı yerdən başlamışdı, amma hamını keçərək qalib gəldi. Məqsədimiz ondan nümunə götürmək idi və bunu bacardıq".

İspaniyalı mütəxəssis əldə olunan nəticəni çox böyük uğur adlandırıb:

"Bu, çox gənc komandanın qazandığı böyük nailiyyətdir. Bizim 23 yaşdan aşağı çoxlu futbolçumuz var. Klub prezidenti mənə tam səlahiyyət verdi. Çoxlu qərarlar qəbul etməli, tez-tez seçim etməli olurdum".

Fabreqas klubun son illərdə keçdiyi yoldan da danışıb:

"4 il əvvəl mən bura futbolçu kimi gələndə paltardəyişmə otağımız bar idi. İndi isə Çempionlar Liqasındayıq. İki fizioterapevtlə söhbət edirdim, xatırlayırdıq ki, necə məşq edirdik - heç idman bazamız yox idi, harada çalışdığımızı belə xatırlamıram. Massajı barda, meydançada edirdilər. Hamı saat 12 və ya 12:30-da gedirdi, heç kim qalmırdı. İndi isə A Seriyasında dördüncü olmuşuq. Əldə etdiklərimizə görə çox xoşbəxtəm".

Qeyd edək ki, "Komo" 2003-cü ildə A Seriyasını tərk etmişdi. Klub 21 ildən çox fasilədən sonra yenidən elitaya qayıdıb və ilk mövsümündə 10-cu yeri tutmuşdu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Futbol
Dünən, 20:25

Araz-Naxçıvan – Zirə matçı (2:2) video icmalı

Qarabağ FK
Dünən, 20:10

Çempionatın çətinliyinə qarşı: hər matça maksimum hazırlaşmalıyıq

Futbol
Dünən, 20:06

"Bolonya" "Montsa"ya qonaq olanda 2:1 hesabıyla qalib gəlmiş və qapıçısının penalti dəf etməsi sayəsində qələbəsini qorumuşdur

Futbol
Dünən, 20:00

16 yaşlı Cozef Qabriel PSJ və "Bavariya"nı rədd edərək "Real"a yaxınlaşır

Futbol
Dünən, 19:59

Ceymi Karrager Aston Villa'ya üzr istədi

Futbol
Dünən, 19:56

Nəriman Axundzadə matçda iştirak etmədi

Qarabağ FK
Dünən, 19:49

"Qəbələ" ilə "Qarabağ" arasındakı oyun 0:0 hesabı ilə yekunlaşdı

Oxşar xəbərlər