Bosniya və Herseqovina millisinin hücumçusu Edin Dzeko Almaniyanın "Şalke" klubu ilə müqaviləsini uzadıb.
İdman.Biz xəbər verir ki, yeni razılaşma bir mövsüm müddətinə nəzərdə tutulub.
Dzeko 2026-cı ilin yanvarında "Şalke"yə keçib. Təcrübəli hücumçu yarım mövsümdə altı qol vuraraq komandanın yenidən Bundesliqaya yüksəlməsinə mühüm töhfə verib.
Dzeko karyerası ərzində "Mançester Siti"nin heyətində iki dəfə İngiltərə çempionu olub. O, həmçinin "şəhərlilər"lə bir dəfə İngiltərə Kubokunu, İngiltərə Liqa Kubokunu və İngiltərə Superkubokunu qazanıb.
Bosniyalı futbolçu "İnter"lə iki dəfə İtaliya Kubokunun və iki dəfə İtaliya Superkubokunun qalibi olub. O, həmçinin "Volfsburq"un formasında Bundesliqa çempionluğu da yaşayıb.