Fransa millisinin baş məşqçisi Didye Deşam futbol üzrə dünya çempionatları tarixində ən çox oyun keçirən çalışdırıcı olub.
İdman.Biz xəbər verir ki, bu rekord İspaniya millisinə qarşı yarımfinal görüşündə rəsmiləşib.
Həmin qarşılaşma Deşam üçün dünya çempionatlarında baş məşqçi qismində 26-cı matç olub.
Beləliklə, 57 yaşlı mütəxəssis bu göstəricidə Almaniya millisinin sabiq çalışdırıcısı Helmut Şönü geridə qoyub.
Didye Deşam 2012-ci ildən Fransa millisini çalışdırır.