top
DÇ-2026: Tramp İranın iştirakına razı oldu, İran isə imtina etdi Idman.biz
11 mart 2026, 17:44
- ↺ +

DÇ-2026: Tramp İranın iştirakına razı oldu, İran isə imtina etdi

FIFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Tramp ilə görüşərək qarşıdan gələn dünya çempionatı ilə bağlı müzakirələr aparıb. Görüşün əsas mövzularından biri ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi turnirdə İran millisinin iştirakı olub.

İdman.Biz xəbər verir ki, İnfantino sosial şəbəkə hesabında Trampın İran yığmasının turnirdə iştirakına heç bir maneə yaratmayacağını bildirdiyini qeyd edib.

"Müzakirələr zamanı prezident Tramp İran komandasının ABŞ-da keçiriləcək yarışda iştirakını alqışladığını bir daha təkrar etdi", - deyə FIFA prezidenti vurğulayıb.

İran millisinin qrupdakı bütün oyunları ABŞ-də keçirilməlidir. İki matçın Los-Ancelesdə, birinin isə Sietldə baş tutması planlaşdırılır.

İranın idman naziri Əhməd Donyamali isə İnfantinonun bu açıqlamasından dərhal sonra yığma komandanın DÇ-2026-da iştirakdan rəsmən imtina etdiyini bəyan edib.

Qərara səbəb kimi təhlükəsizlik məsələləri və ev sahibi ABŞ ilə yaranmış gərgin münasibətlər göstərilib. Nazir öz bəyanatında kəskin ifadələr işlədərək turnirin boykot edilməsinin siyasi səbəblərini açıqlayıb:

"Bu korrupsiyalaşmış hökumət bizim liderimizi öldürdüyü üçün dünya çempionatında iştirak edə biləcəyimiz heç bir şərait yoxdur".

Xatırladaq ki, İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac da son hadisələrə görə yığmanın dünya çempionatında iştirakının sual altında olduğunu söyləyib. Əgər İran turnirdən çəkilərsə, bu, 1950-ci ildən bəri dünya çempionatı tarixində ilk belə hal olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 10:28

Fərid Qayıbov Monako'da Avropa Şurasının iclasında çıxış etdi

Formula 1
Bu gün, 10:13

Alan Cons, 1980-ci il Formula-1 dünya çempionu, 80 yaşında vəfat etdi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi” Braziliya hücumçusunu transfer etdi, “Qarabağ” yenidən Portuqaliya klubuna müraciət edir

Futbol
Bu gün, 09:49

Sabah Kapitanı Stas Pokatilov: UEFA Çempionlar Liqasında Ən Çox Qurtarış Edən İkinci Qapıçıdır

Qarabağ FK
Bu gün, 09:45

Riçard Almeyda Azərbaycana qayıtdı: Emosional paylaşımı ilə həsrətini izah etdi

Digər
Bu gün, 09:40

Kanada Rus millətinin gənclər dünyə çempionatına qatılmamasına qərar verdi

Futbol
Bu gün, 09:38

Yeddinci turun son dörd oyunu bu gün

Voleybol
Bu gün, 09:35

DH Volley Azərbaycan komandası CEV Çelenk Kubokunda növbəti oyununa çıxacaq

Basketbol
Bu gün, 09:31

LANDAU Lionsun məğlubiyyəti sonrası Erhan Toker səbəbləri açıqladı

Basketbol
Bu gün, 09:25

Murad Dikmen: Ev oyunlarını qələbə ilə bitirmək əsas məqsəddir

Futbol
Bu gün, 09:20

Devid Bekhem Manchester United'ı almağa çalışan konsorsiumun rəhbəri ola bilər

Voleybol
Bu gün, 09:13

DH Volley Azərbaycan komandası 1/32 finalında Danimarka ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

UEFA Avropa Liqası Dördüncü Turda 17 Oyun, Milan, Yuventus və Beşiktaş İştirak Edir

Qarabağ FK
Bu gün, 09:00

"Qarabağ"dan ayrıldı, 3 ildən sonra Kabo-Verde milli komandası tərəfindən dəvət alıb

Futbol
Bu gün, 08:50

UEFA Konfrans Liqası: Üçüncü turda 18 oyun – Trabzonspor, Ayaks, Monako və digərləri

Futbol
Bu gün, 08:40

Braziliya U‑20 matçında 54 qırmızı vərəqə və hakimin həyatı təhlükədə

Futbol
Bu gün, 08:20

ÇL: Qalatasarayın futbolçusu “həftənin oyunçusu” namizədi

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Oxşar xəbərlər