Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin növbəti oyunu keçirilir.
İdman.Biz bildirir ki, 1/8 finala çıxmaq uğrunda Fransa və İsveç milliləri qarşılaşırlar.
Matç İst-Raterforddakı "Metlife" stadionunda keçirilir. Baş hakim niderlandlı Danni Makkelidir.
Fransa I qrupunda 9 xalla birinci yeri tutub. İsveç isə 4 xalla F qrupunda üçüncü olub.
Bu cütün qalibi 1/8 finalda Paraqvay millisi ilə qarşılaşacaq.