top
DÇ-2026: Amad Diallo Kot-d'İvuarı qələbəyə daşıdı Idman.biz
15 iyun 2026, 05:13
- ↺ +

DÇ-2026: Amad Diallo Kot-d'İvuarı qələbəyə daşıdı

Kot-d"İvuar və Ekvador milli futbol komandaları DÇ-2026-nın E qrupunun ilk turunda üz-üzə gəliblər.

İdman.Biz xəbər verir ki, ABŞ-nin Filadelfiya şəhərindəki "Linkoln Faynənşl Fild" stadionunda keçirilən qarşılaşma Kot-d"İvuarın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçın taleyini həll edən yeganə qol 90-cı dəqiqədə vurulub. Kot-d"İvuar millisinin hücumçusu Amad Diallo komandasına üç xal qazandırıb.

Kot-d"İvuar yığması dünya çempionatının ikinci turunda 20 iyunda Almaniya ilə, üçüncü turda isə 25 iyunda Kurasao ilə qarşılaşacaq.

Ekvador millisi ikinci turda 21 iyunda Kurasao, üçüncü turda isə 25 iyunda Almaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, DÇ-2026 ABŞ, Kanada və Meksikada keçirilir. Turnir 11 iyunda başlayıb və 19 iyulda başa çatacaq.

01:59

Niderland və Yaponiya milliləri DÇ-2026-da ilk oyunlarını keçiriblər.

İdman.Biz xəbər verir ki, F qrupunun birinci turu çərçivəsində ABŞ-nin Texas ştatının Arlinqton şəhərindəki "AT&T Stadium"da keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Matçda hesab 50-ci dəqiqədə açılıb. Niderland millisinin müdafiəçisi Vircil van Deyk komandasını önə keçirib. Yaponiya 57-ci dəqiqədə Keyto Nakamuranın qolu ilə tarazlığı bərpa edib.

64-cü dəqiqədə Krisensio Sammervill Niderlandı yenidən hesabda irəli çıxarıb. Lakin Yaponiya sona qədər mübarizə apararaq məğlubiyyətdən xilas olub. Daiçi Kamada 89-cu dəqiqədə fərqlənərək yekun hesabı müəyyənləşdirib - 2:2.

Bu nəticədən sonra Niderland və Yaponiya millilərinin hərəsinin bir xalı var. F qrupunun digər birinci tur matçında İsveç və Tunis yığmaları qarşılaşacaqlar.

Niderland ikinci turda 20 iyunda İsveçlə, üçüncü turda isə 26 iyunda Tunislə üz-üzə gələcək. Yaponiya 21 iyunda Tunislə, 26 iyunda isə İsveçlə oynayacaq.

01:49

Oyunun sonlarına yaxın əvəzetmədən meydana daxil olan Daiçi Kamada 89-cu dəqiqədə Yaponiyanın ikinci qolunu vurdu və hesabı bərabərləşdirdi - 2:2.

01:23

64-cü dəqiqədə Niderland yenidən hesabda önə çıxır. Sammervill millidə ilk qolunu vurdu - 2:1.

01:17

Yaponiyanın altı dəqiqəlik basqısı nəticə verdi. 57-ci dəqiqədə Nakamura hesab bərabərləşdirdi - 1:1.

01:10

Vircil van Deyk 51-ci dəqiqədə Niderlandı hesabda önə çıxarır - 1:0.

01:04

İdman.Biz xəbər verir ki, Dallasda keçirilən Niderland - Yaponiya oyununda ikinci hissə başladı. İlk 45 dəqiqədə hesab açılmayıb.

00:49

DÇ-2026-nın F qrupunda Niderland və Yaponiya milliləri arasında baş tutan oyunun ilk 45 dəqiqəsi qolsuz başa çatıb.

23:54

DÇ-2026-nın F qrupunda Niderland və Yaponiya millilərinin Dallasda oyunu başlayıb.

İdman.Biz xəbər verir ki, hər iki komanda mundialdakı ilk oyununa çıxıb. Qrupun digər iştirakçıları İsveç və Tunis yığmalarıdır. Niderland favorit sayılsa da, Yaponiya güclü rəqiblərə qarşı sürpriz nəticələri ilə tanınır.

23:05

Almaniya millisi futbol üzrə 2026-cı il dünya çempionatında ilk oyununu keçirib.

İdman.Biz xəbər verir ki, bundestim E qrupunun birinci turunda Kurasao yığması ilə qarşılaşıb. ABŞ-nin Hyuston şəhərindəki "NRG Stadium"da keçirilən görüş Almaniyanın 7:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesab altıncı dəqiqədə açılıb. Feliks Nmeça Almaniya millisini önə keçirib. Kurasao 21-ci dəqiqədə Livano Komenensiyanın qolu ilə tarazlığı bərpa edib.

Bundestim fasiləyədək daha iki dəfə fərqlənib. Niko Şlotterbek 38-ci dəqiqədə komandasının ikinci qolunu vurub. Kay Haverts isə ilk hissəyə əlavə olunmuş beşinci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı 3:1 edib.

İkinci hissədə Almaniya millisinin üstünlüyü daha da artıb. Camal Musiala 47-ci, Nataniel Braun 68-ci, Yoşua Kimmix 78-ci, Deniz Undav isə 88-ci dəqiqədə fərqlənib.

Beləliklə, Almaniya millisi mundiala 7:1 hesablı inamlı qələbə ilə başlayaraq üç xalla E qrupunun liderliyinə yüksəlib. Kurasao isə xalsız sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, qrupun digər birinci tur qarşılaşmasında Ekvador və Kot-d'İvuar yığmaları üz-üzə gələcəklər.

Almaniya ikinci turda 20 iyunda Kot-d'İvuarla, 25 iyunda isə Ekvadorla qarşılaşacaq. Kurasao 21 iyunda Ekvador, 25 iyunda Kot-d'İvuarla oynayacaq.

22:55

Almaniya millisi Kurasaonun mundialdakı debütünə çox sərt mövqe göstərdi. Kay Haverts 88-ci dəqiqədə komandasının yeddinci qolunu vurdu - 7:1.

22:42

78-ci dəqiqədə Almaniya Deniz Undavın qolu ilə hesab arasındakı fərqi beşə çatdırır - 6:1.

22:34

Almaniya 68-ci dəqiqədə Braunun qolu ilə hesabı 5:1 edir.

22:12

İkinci hissə başlayan kimi Musiala 47-ci dəqiqədə hesab arasındakı fərqi artırdı - 4:1.

21:52

Oyunun ilk yarısının uzatma dəqiqələrində Kurasanun qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu. Havertz zərbəni dəqiq yerinə yetirdi - 3:1.

21:42

Almaniya millisi davam edən hücumların nəticəsi olaraq 38-ci dəqiqədə Şlotterbekin qolu ilə hesabda önə çıxdı - 2:1.

21:22

Kurasao millisi 21-ci dəqiqədə hesabı bərabərləşdirdi - 1:1. Yığmanın heyətində fərqlənən Komenensiya oldu.

21:09

Almaniya millisinin heyətindən Nmeça oyunun altıncı dəqiqəsində hesabı açır.

20:59

DÇ-2026-nın E qrupunda Almaniya - Kurasao qarşılaşması başladı.

İdman.Biz xəbər verir ki, hakim Cəlal Ceydin (Mərakeş) idarə etdiyi görüş ABŞ-nin Hyuston şəhərindəki NRG stadionunda keçirilir. Dördqat dünya çempionu Almaniya turnirin debütantı Kurasao qarşısında mundiala qələbə ilə başlamağa çalışacaq.

Millilərin heyətləri aşağıdakı kimidir:

Almaniya: Noyer, Tah, Şlotterbek, Braun, Kimmix, Pavloviç, Sane, Musiala, Virtz, Nmeça, Havertz

Kurasao: Rom, Obispo, Floranus, L.Bacuna, Fonville, Bazur, J. Bacuna, Komenensiya, Çonq, Lokadiya, Hansen

Komandalar tarixdə ilk dəfə qarşılaşırlar.

10:36

Futbol üzrə 2026-cı il dünya çempionatında bu gün dördüncü oyun gününün qarşılaşmaları keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk matçında E qrupunda Almaniya millisi mundialın debütantı Kurasao ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Gecənin növbəti görüşündə Niderland və Yaponiya milliləri F qrupunda münasibətlərinə aydınlıq gətirəcəklər. Matç saat 00:00-da start götürəcək.

Daha sonra E qrupunda Kot-d"İvuar Ekvadorla qarşılaşacaq. Bu oyunun start fiti saat 03:00-da səslənəcək. Dördüncü oyun gününə İsveç - Tunis matçı ilə yekun vurulacaq. F qrupunun qarşılaşması saat 06:00-da başlayacaq.

Dördüncü oyun gününün proqramı:

14 iyun
21:00 Almaniya - Kurasao

15 iyun
00:00 Niderland - Yaponiya
03:00 Kot-d"İvuar - Ekvador
06:00 İsveç - Tunis

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Futbol
Bu gün, 13:49

Lukas Berqvall "Tottenhem"də qalacağını təsdiqləyib

Gimnastika
Bu gün, 13:44

Nankin-2026: Azərbaycan tamblinqdə ardıcıl üçüncü dünya çempionluğuna və batut gimnastikasında ilk fərdi medala layiq görüləcək?

Futbol
Bu gün, 13:40

Arda Turan italyan VAR hakimlərini sərt tənqid edib

Voleybol
Bu gün, 13:35

Turanın Çempionlar Liqası qarşılaşması üçün biletlər azarkeşlər üçün pulsuz

Qarabağ FK
Bu gün, 13:25

Qarabağ Klubu, Forma Hərfi Cəzaya Cavab İfade Etdi

Futbol
Bu gün, 13:10

Alleqri, “Sabah”la oynadığı Çempionlar Liqasının pley‑offunda 10 xal qazanmaq planlaşdırır

Digər
Bu gün, 13:02

Snuker çempionu Orxan Qubatov: Azərbaycanda bilyardın bütün növlərinin inkişafını arzulayıram

Futbol
Bu gün, 12:45

Rafinya UEFA Çempionlar Liqasında 23 qolla Neymar və Rivaldonu geridə qoyub;

Futbol
Bu gün, 12:39

Azərbaycan Premyer Liqasının XI turu “Zəfər turu” elan edildi

Futbol
Bu gün, 12:39

Fənərbağçanın yeni məşqçisi Emre Belözoğlu Liverpul matçı üçün iştirak qərarını verəcək

Voleybol
Bu gün, 12:28

CEV Çempionlar Liqasında "Maritza Plovdiv"-ı 3:0 hesabı ilə məğlub edən "Turan"ın voleybolçusu qələbəni qiymətləndirdi

Futbol
Bu gün, 12:23

Qalatasarayın 21 yaşlı yarımmüdafiəçisi Aleksey Batrakov Çempionlar Liqasında 4 oyunda 4 qolla Messi və Ronaldodan daha sürətli starta imza atdı

Futbol
Bu gün, 12:20

Tvente 9:0 hesabı ilə Ekselsioru məğlub edərək tarixçə böyük qələbə qazanıb

Futbol
Bu gün, 12:13

Kriştiano Ronaldu Erik ten Hag‑ın sərt tənqidlərinə cavabını verdi

Boks
Bu gün, 12:00

Gülər Hüseynova Azərbaycanın Dakar-2026 YOX boks təmsilçisi oldu

Futbol
Bu gün, 12:00

"Sabah" klubu Norveçdəki fanlarına 300 şərf təqdim edərək xüsusi jest etdi

Futbol
Bu gün, 11:42

Mingəçevir və Şahdağ Qusar 7-ci turda Azərbaycan Birinci Liqasında qarşılaşacaq

Qarabağ FK
Bu gün, 11:38

Vikinq – Sabah: Azərbaycan və Norveç klublarının Avrokubokdakı 9-cu qarşılaşması

Basketbol
Bu gün, 11:20

"Gəncə" bu gün FIBA Avropa Kubokunda "Universitatya Krayova" ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:20

Mançester Yunayted azarkeşləri Roma oyununda etiraz aksiyası keçirdi

Digər
Bu gün, 11:14

Fərid Qayıbov: “İdmanda davamlı uğurları və infrastrukturu gücləndirməyi məqsəd qoyuruq”

Voleybol
Bu gün, 11:05

AZERRAIL və Ordu komandaları arasında kişi voleybolu Super Liqası üçüncü turu dueli

Oxşar xəbərlər