top
Dambrauskas: Avrokubok matçının çətinliyini gözləyirdik, “Sabah” 1-0 qələbə qazandı Idman.biz
31 avqust 2026, 23:08
- ↺ +

Dambrauskas: Avrokubok matçının çətinliyini gözləyirdik, “Sabah” 1-0 qələbə qazandı

"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının III turunda "Araz-Naxçıvan" üzərində 1:0 hesablı qələbəni şərh edib.

İdman.Biz xəbər verir ki, litvalı mütəxəssis gərgin avrokubok oyunundan sonra qarşılaşmanın çətin keçəcəyini gözlədiyini bildirib.

"Bu gün bizi hansı oyunun gözlədiyini bilirdik. Çünki belə vacib avrokubok matçından, bu qədər emosiyadan və əlavə vaxtdan sonra asan olmayacağını başa düşürdük. Bundan başqa, oyundan əvvəl yağan güclü yağış da qarşılaşmaya təsir etdi. Stadiona gələndə hətta matçın keçirilib-keçirilməyəcəyini bilmirdik, çünki yağış çox güclü idi.

Amma ümumilikdə komandanın çıxışından və oyunundan çox razıyam. Hesab edirəm ki, ilk hissə və ikinci hissənin böyük bölümündə üstünlük bizdə idi. Davamlı olaraq təhlükəli vəziyyətlər yaradırdıq. Bəli, hücumların son mərhələsində, xüsusilə rəqibin cərimə meydançasında bir qədər kəskinlik çatışmırdı. Amma ümumilikdə daha yaxşı komanda biz idik və bu qələbəyə layiq idik", - Dambrauskas deyib.

"Sabah"ın baş məşqçisi 49-cu dəqiqədə rəqib qapıçının səhvindən sonra Mbina tərəfindən vurulan yeganə qolu da şərh edib:

"Bəli, qapıçının səhvindən sonra vurulan qol bir qədər qəribə alındı, amma qol qoldur. Qapını toxunulmaz saxlayıb qol vurursansa, həmişə qalib gələcəksən.

Oyunun sonlarında, xüsusilə də bu gün olduğu kimi hesab 1:0 olanda rəqib nəsə etməyə çalışır. Biz də bir neçə səhvimizə görə cəzalandırıla bilərdik. Xoşbəxtlikdən, bu gün qapıçımız əla formada idi və rəqibin iki təhlükəli zərbəsini dəf etdi. Amma yenə də hesab edirəm ki, göstərdiyimiz oyuna görə bu qələbəyə tam layiq idik. İndi ən vacib məsələ Bakıya qayıtmaq və növbəti matça hazırlaşmaqdır", - mütəxəssis vurğulayıb.

Dambrauskas heyətdə rotasiya etmək imkanından da razı qaldığını bildirib:

"Etməli olduğumuz əsas şey yalnız növbəti oyuna fokuslanmaqdır. Bu gün yenidən üç-dörd mövqedə rotasiya etdiyimiz üçün şadam. Mövsümün əvvəlində çox şans qazanmayan futbolçulara daha çox oyun vaxtı verdik. Deməli, hər şey plana uyğun keçdi. İndi isə qarşıya baxmaq və növbəti oyuna hazırlaşmaq vaxtıdır".

Qeyd edək ki, "Sabah" "Araz-Naxçıvan"ı 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu 49-cu dəqiqədə Mbina vurub.

View this post on Instagram

A post shared by İdman.Biz (@idmanbiz)

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Futbol
Dünən, 20:54

Eldar Tağızadə rəhbərliyində Bistritsa komandası Sloveniyada 3:1 hesabı ilə səfər qələbəsi qazandı

Digər
Dünən, 20:50

Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu

Digər
Dünən, 20:41

Füzuli Məmmədov 9:1 hesablı qələbədən danışdı: “Bu, MOİK-in zəif komanda olması demək deyil”

Oxşar xəbərlər