İngiltərə millisinin futbolçusu Cud Bellinqem İspaniyanın "Real" klubunda bir sıra nailiyyətlərə imza atıb.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, yarımmüdafiəçi buna "Rasinq"ə qalib gəldikləri (3:0) La Liqanın XI turunun oyununda nail olub.
O, "Kral klubu"nun heyətində 50-ci dəfə fərqlənib. 23 yaşlı oyunçu bu göstəriciyə 154-cü matçda çatdı.
Bellinqem Madrid təmsilçisinin tarixində 50 qol vuran 50-ci futbolçudur. O, debüt etdiyi 2022/2023 mövsümündən bəri bütün turnirlərdə 50 qol vuran La Liqadakı yeganə yarımmüdafiəçidir.
Bundan əlavə, futbolçu "Real"da 49 qola imza atmış Zinəttin Zidanı da üstələyib.