top
Coşqun Diniyev: Elmar Baxşıyevin gedişini normal qarşıladıq, qazonun vəziyyəti qələbəyə mane oldu Idman.biz
26 yanvar 2026, 16:31
- +

Coşqun Diniyev: Elmar Baxşıyevin gedişini normal qarşıladıq, qazonun vəziyyəti qələbəyə mane oldu

"Sabah-birigün hər hansı bir futbolçu ilə də yollar ayrıla bilər. Ona görə də bunu normal qarşıladıq. Elmar Baxşıyevə də uğurlar arzulayıram".

Bunu "Araz-Naxçıvan"ın yarımmüdafiəçisi Coşqun Diniyev sportinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Misli Premyer Liqasının 17-ci turunda səfərdə "İmişli" ilə bərabərə qaldınız. 2:2 hesablı heç-heçəni necə şərh edərdiniz?

- Oyun haqqında danışılası çox şey yoxdur. Özünüz də meydanın vəziyyətini gördünüz. Həqiqətən də belə qazonda futbol oynamaq çox ağırdır. 2026-cı ildə Azərbaycan Premyer Liqasında belə meydança... Bərbaddır. Bir nömrə kimi çıxış etmək istəyirdik. Lakin bu cür qazonda məşqçinin bizdən tələb etdiyi futbolu göstərmək çox çətin idi. Hər topda sürüşürsən, palçıq... İstədiyimiz olmadı. Qələbə qazansaydıq, bizim üçün daha sevindirici olardı.

- Qazonun vəziyyətini nəzərə alsaq, 1 xalı sizin üçün qənaətbəxş saymaq olar?

- Məncə, rəqiblə müqayisədə biz daha yaxşı idik. Baş məşqçimiz topun bizdə daha çox qalmasını istəyir. Biz də bunun üçün çalışırdıq. Rəqibdən daha yaxşı oynadıq. Sadəcə irəlidə bitiriciliyimiz çatışmadı. Son ötürmələr alınmırdı. Bu da dediyim kimi, qazonun durumundan irəli gəlirdi. Meydanın vəziyyəti normal olsaydı, 3 xal qazanardıq.

- Meydanın durumunu nəzərə almasaq, başqa nə çatışmadı qələbə üçün?

- Məncə, elə əsas problem meydançanın durumu idi. "İmişli" daha əvvəl burada oynayıb deyə öyrəşiblər. Həm də rəqibin sistemi texnikalı futbol tələb etmir. Ona görə də qazonun vəziyyəti bizə daha çox təsir etdi.

- İtirilən 2 xal "Araz-Naxçıvan"ın avrokubok iddiasına nə dərəcədə təsir edəcək?

- Əlbəttə, xal itkisidir. Avrokuboklara vəsiqə qazanmaq istəyən komanda "İmişli" ilə oyunda qələbə qazanmalıdır. Bizim də şansımıza yanvar ayında Quba səfəri düşdü. Nə etmək olar? Qarşıdakı matçlarda bu itkini sığortalamağa çalışacağıq.

- Elmar Baxşıyevin gedişindən sonra komandada nə dəyişib?

- Komanda çox böyük dəyişiklik olmayıb. Heç böyük dəyişiklik üçün vaxt da yox idi. Yeni baş məşqçinin rəhbərliyi altında cəmi 15 gün toplanış keçə bilmişik. Hər məşqçinin öz sistemi var. Yeni baş məşqçimizin sistemi daha çox 1 nömrə ilə oynamağımız və topun bizdə qalmasıdır. Məncə, məşqçinin istədiklərini edə bilsək, daha yaxşı "Araz-Naxçıvan" görə biləcəyik.

- Ümumiyyətlə, Elmar Baxşıyevin gözlənilmədən klubdan göndərilməsi futbolçulara necə təsir etdi?

- Əlbəttə, Elmar müəllimin vaxtında qazanılan nəticələr uğursuz deyildi. Sadəcə bu, rəhbərliyin verdiyi qərardır. Sabah-birigün hər hansı bir futbolçu ilə də yollar ayrıla bilər. Ona görə də bunu normal qarşıladıq. Elmar Baxşıyevə də uğurlar arzulayıram.

- Növbəti turda "Neftçi" ilə qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz nədir?

- Əlbəttə, çətin oyun olacaq. Lakin "Neftçi"yə qarşı daha yaxşı meydanda oynayacağıq. Hər iki komanda avrokuboklara oynamaq istəyir. Ona görə də çox maraqlı görüş olacağını gözləyirəm. İnşallah, sevinən tərəf biz olarıq.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:41

Volkan Dəmirəl "Qarabağ"ın "Nyukasl"a Qalib Gələcəyinə Ümid Edir

Futbol
Bu gün, 12:40

"Arsenal" Niko Uilyams üçün 100 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 12:27

"Olimpiakos"dan futbolçulara böyük bonus vədi: Həm çempionluq, həm də Çempionlar Liqası üçün

Futbol
Bu gün, 12:26

"Sabah" U-14-ün baş məşqçisi: "Bu uşaqlar gələcəkdə Azərbaycan futbolunda adlarından söz etdirəcəklər"

Futbol
Bu gün, 12:13

"Mançester Siti" Bernardo Silvanın əvəzinə Morqan Qibbs-Uaytı nəzərdən keçirir

Futbol
Bu gün, 12:12

Bakı Metrosu "Qarabağ"-"Nyukasl Yunayted" oyunu ilə əlaqədar iş saatını uzadır

Basketbol
Bu gün, 12:10

Ceymond Vinsent: "Komanda olaraq inkişaf etdirməli olduğumuz çox məqamlar var"

Futbol
Bu gün, 12:00

İngiltərə mətbuatı "Qarabağ" - "Nyukasl" oyunu öncəsi komandaların güclü və zəif tərəflərini təhlil edib

Futbol
Bu gün, 11:57

"Nyukasl" azarkeşləri Bakı səfəri və "Qarabağ"la oyun barədə: "Biabır ola bilərik"

Olimpiada
Bu gün, 11:42

Yaponiyalı fiqurlu konkisürənlər Miura və Kihara Olimpiadada dünya rekordu ilə qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:40

Vinisius Junior Luka Modriç üçün darıxdığını bildirib

Digər
Bu gün, 11:36

Həndbol üzrə Azərbaycan çempionatının VII turunun nəticələri

Basketbol
Bu gün, 11:29

Oğuz Savaş: "Sabah"ı avrokuboklardakı çıxışına görə tanıyıram, Azərbaycan basketbolu haqqında çox məlumatım yoxdur

Şahmat
Bu gün, 11:25

Rauf Məmmədov 23 İldən Sonra Azərbaycan Çempionatında Məğlubiyyətini Şərh Etdi

Futbol
Bu gün, 11:20

Misli Premyer Liqasının XX turunda mövsümün ən az qol vurulan turu qeydə alınıb

Olimpiada
Bu gün, 11:16

Qış Olimpiya Oyunları 2026: Medal Cədvəlində Son Vəziyyət

Digər
Bu gün, 11:04

ABŞ-də məktəblilər arasında hokkey yarışında atışma: Ölənlər və yaralananlar var

Futbol
Bu gün, 11:04

AMADA "Qarabağ" klubunun aşağı yaş qrupları üçün antidopinq maarifləndirmə seminarı keçirib

Futbol
Bu gün, 11:00

Rüfət Abbasov: "Hədəfimiz qrupu lider kimi başa vurmaqdır"

Futbol
Bu gün, 10:52

Misli Premyer Liqasında mövsümün ən az qol vurulan turu qeydə alınıb

Voleybol
Bu gün, 10:40

Azərbaycan Yüksək Liqasında kişi və qadın voleybolçuların növbəti tur oyunları başlayır

Olimpiada
Bu gün, 10:37

Fransalı hokkeyçi Pyer Krinon davaya görə Olimpiadadan qovulub

Boks
Bu gün, 10:37

Gənc boksçunun faciəvi ölümü: Həkim müayinələrinin vacibliyi barədə xəbərdarlıq

Futbol
Bu gün, 10:25

"Çelsi" futbolçularının uşaqlara qarşı laqeyd münasibəti tənqidlə qarşılanıb

Oxşar xəbərlər