top
Cohor Darul Tazim 108 Oyunluq Məğlubiyyətsiz Seriya ilə Dünya Rekordunu Təkrarladı Idman.biz
12 may 2026, 17:58
- ↺ +

"Cohor Darul Tazim" 108 Oyunluq Məğlubiyyətsiz Seriya ilə Dünya Rekordunu Təkrarladı

Malayziyanın "Cohor Darul Tazim" futbol komandası ölkə çempionatında beş ildir məğlub olmur.

İdman.Biz xəbər verir ki, klub Superliqanı 108 oyunluq məğlubiyyətsiz seriya ilə başa vuraraq dünya rekordunu təkrarlayıb. Bu göstərici ötən əsrdən Fil Dişi Sahilinin "ASEK Mimozas" klubuna məxsus idi. Afrika təmsilçisi 1989–1994-cü illərdə çempionatda 108 oyun uduzmayıb.

"Cohor Darul Tazim" 12-ci dəfə ardıcıl Malayziya çempionu olub. Komanda mövsümdə 24 oyunun 23-də qalib gəlib, bir dəfə heç-heçə edib və 117 qol vurub. Bu, hər oyuna orta hesabla təxminən beş qol deməkdir.

Çempion son turda da rəqibinə aman verməyib. "Cohor Darul Tazim" "Kelantan TRW" komandasını 14:1 hesabı ilə darmadağın edərək mövsümün ən böyük qələbəsini qazanıb.

Malayziya nəhəngi çempionatda sonuncu dəfə 2021-ci ilin aprelində məğlub olub. Növbəti mövsümün birinci turunda uduzmasa, "Cohor Darul Tazim" dünya rekordunun tək sahibinə çevriləcək.

Klub səfər oyunlarında da tarixi göstəriciyə imza atıb. "Cohor Darul Tazim" 2018-ci ildən bəri çempionatda səfərdə 85 oyundur məğlub olmur.

Bu hegemonluğun əsas səbəblərindən biri böyük maliyyə imkanları və klubun son illərdə güclü investisiya layihəsinə çevrilməsidir. "AS" nəşri yazır ki, layihə 2013-cü ildən şahzadə Tunku İsmayıl İdrisin rəhbərliyi altında inkişaf etdirilib, infrastruktura, akademiyaya və idarəetməyə ciddi yatırımlar edilib.

Bununla belə, klubun daxili çempionatdakı total üstünlüyü beynəlxalq arenada eyni səviyyədə davamlı hegemonluğa çevrilməyib. "Cohor Darul Tazim" 2015-ci ildə AFC Kubokunu qazansa da, Asiyanın ən yüksək səviyyəli klub turnirində hələ əsas favoritlər sırasında sabit yer tuta bilməyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:15

“Barselona” Arsenalın müdafiəçısı Piyero İnkapyeni transfer etmək istəyir - Deko hərəkətə keçdi

Futbol
Bu gün, 06:13

Arteta, formaların dartılması və tutulması ilə bağlı geniş videoarxiv topladığını açıqladı

Tennis
Bu gün, 05:03

Novak Cokoviç Paris Masters-də çətin qələbə qazanıb, çiynindəki problemə görə tibbi fasilə götürdü

Boks
Bu gün, 04:12

Ceyk Pol qələbə qazanarsa karyerasını başa vuracağını bildirdi

Futbol
Bu gün, 03:19

"Liverpool" rəhbərliyindəki dəyişikliklər Mak Allisterin gələcəyinə yeni perspektiv açır

Futbol
Bu gün, 02:19

Okan Buruk Ştutqart qarşısında hakimin qərarlarını tənqid etdi

Futbol
Bu gün, 01:38

Eyden Makkarti: “Rəqibimiz də bizim güclü tərəflərimizi nəzərə almalıdır”

Futbol
Bu gün, 01:28

PSG Çempionlar Liqasında 16 dəqiqədə dörd qol vurarak rekord yaradı

Futbol
Bu gün, 01:11

Fənərbağça Emre Belözoğlu ilə 1,5 illik müqavilə imzaladı

Futbol
Bu gün, 01:01

Emre Belözoğlu "Fənərbaxça" klubunun yeni baş məşqçisi oldu - RƏSMİ

Futbol
Bu gün, 00:58

Sabah FK-nın baş məşqçisi Valdãs Dambrauskas: "Çempionlar Liqasında Vikinqə qarşı əsas problem sıx qrafikdə futbolçuları sağlam saxlamaqdır"

Futbol
Bu gün, 00:46

Noyer üçüncü mövqedə: Messi və Müller geridə, Çempionlar Liqasının rekordunu dəyişdi

Futbol
Bu gün, 00:38

Sabahın məşqçisi: ‘Vikinq’ə qarşı matçda tam hazırıq

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Oxşar xəbərlər