top
Çempionlar Liqasına vəsiqə qazananlar müəyyənləşdi: Roma, Komo və digər nəticələr Idman.biz
25 may 2026, 01:13
- ↺ +

Çempionlar Liqasına vəsiqə qazananlar müəyyənləşdi: "Roma", "Komo" və digər nəticələr

Futbol üzrə İtaliya A Seriyasının 38-ci - son turunda mövsümün əsas suallarından bəzilərinə cavab tapılıb.

İdman.Biz xəbər verir ki, "Roma" səfərdə "Verona"nı 2:0 hesabı ilə məğlub edərək Çempionlar Liqasına vəsiqə qazanıb. Rim təmsilçisi üçün qələbə vacib idi və komanda ikinci hissədə rəqibin azlıqda qalmasından istifadə edib.

"Verona"nın futbolçusu Nikolas Valentini 50-ci dəqiqədə qırmızı vərəqə alıb. Bundan altı dəqiqə sonra Paulo Dibalanın ötürməsindən sonra Donyell Malen hesabı açıb. Əlavə olunmuş vaxtda Stefan El-Şaaravi yekun hesabı müəyyənləşdirib - 2:0. "Roma" mövsümü 73 xalla üçüncü pillədə başa vurub. "Verona" isə 21 xalla 19-cu olub.

Son turda "Milan" doğma meydanda "Kalyari"yə 1:2 hesabı ilə uduzub. "Rossoneri" ikinci dəqiqədə önə keçib. Santyaqo Ximenesin ötürməsindən sonra Aleksis Salemakers fərqlənib. Qonaqlar qısa müddət sonra Cennaro Borrellinin qolu ilə hesabı bərabərləşdiriblər. 57-ci dəqiqədə Xuan Rodriqes "Kalyari"nin ikinci qolunu vurub.

Massimiliano Alleqrinin komandası məğlubiyyətdən qaça bilməyib. "Milan" mövsümü 70 xalla altıncı pillədə tamamlayıb. "Kalyari" isə 43 xalla 14-cü yeri tutub.

Aşağı liqaya düşmə mübarizəsində də yekun qərar verilib. "Kremoneze" elitada qalmaq üçün "Komo" ilə oyunda müsbət nəticə qazanmalı və "Leççe"nin xal itirməsinə ümid etməli idi. Lakin komanda "Komo"ya 1:4 hesabı ilə məğlub olub.

Bununla belə, "Kremoneze" qələbə qazansaydı belə, elitada qala bilməyəcəkdi. Çünki "Leççe" öz meydanında "Cenoa"nı 1:0 hesabı ilə məğlub edib. "Leççe" 38 xal toplayaraq mövsümü 17-ci yerdə bitirib və Seriya A-da qalıb.

A Seriyasından B Seriyasına düşən komandalar "Kremoneze", "Verona" və "Piza" olub.

Turnir cədvəlinin ilk yeddi pilləsində qərarlaşan komandalar üçün də avroliqalarla bağlı vəziyyət aydındır. "İnter", "Napoli", "Roma" və "Komo" UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıblar. "Yuventus" və "Milan" isə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmalı olacaqlar. "Atalanta" Konfrans Liqasının seçmə mərhələsində qüvvəsini sınayacaq.

22:11

İtaliyanın "Napoli" futbol komandası Seriya A-nın 38-ci turunda "Udineze"yə 1:0 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşma Neapoldakı "Dieqo Armando Maradona" stadionunda keçirilib. Görüşdə yeganə qol 24-cü dəqiqədə vurulub. Kevin de Bröynenin ötürməsindən sonra Rasmus Hoylund fərqlənib.

"Udineze" ikinci hissədə azlıqda qalıb. Kristian Kabasel 62-ci dəqiqədə sarı vərəqə alıb, 64-cü dəqiqədə isə meydandan qovulub.

Say üstünlüyünə baxmayaraq, "Napoli" hesabı artıra bilməyib və matç 1:0 hesabı ilə başa çatıb.

Bu qələbədən sonra Antonio Kontenin komandası mövsümü 38 oyuna 76 xalla ikinci pillədə tamamlayıb. Neapol təmsilçisi Seriya A-da gümüş mükafatçı olub. "Udineze" isə 50 xalla 10-cu yeri tutub.

19:06

İtaliyanın "Parma" futbol komandası A Seriyasının 38-ci turunda "Sassuolo" ilə qarşılaşıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar.

Görüşün birinci hissəsi gərgin mübarizə şəraitində keçib. Baş hakim yeddinci dəqiqədən 30-cu dəqiqəyə qədər futbolçulara dörd sarı vərəqə göstərib. Buna baxmayaraq, fasiləyədək hesab açılmayıb.

Matçın taleyi 80-ci dəqiqədə həll olunub. Pontus Almkvist məhsuldar ötürmə ilə yadda qalıb, Mateo Pelleqrino isə topu qapıdan keçirərək "Parma"ya qələbə qazandırıb.

Bu nəticədən sonra "Parma" xallarının sayını 45-ə çatdırıb və A Seriyasında 12-ci pilləyə yüksəlib. "Sassuolo" isə 49 xalla 11-ci sırada qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

PSJ yeni üçüncü formasını Roma qarşılaşmasında nümayiş etdirə bilər

Futbol
Bu gün, 03:21

De Dzerbi Kristal Palas qalibiyyətindən sonra məmnunluğunu, amma daha çox qol vura biləcək ehtiyacı vurğuladı

Futbol
Bu gün, 01:58

Trua 2:0 Le-Manı məğlub etdi

Futbol
Bu gün, 01:38

“Real Madrid” futbolçusunun evinə “El Clasico” zamanı 350 min avrodan artıq dəyərində oğurluq

Digər
Bu gün, 01:20

Bakı noyabrın 23‑29‑da qreppling, pankration və həvəskar MMA dünya çempionatlarına ev sahibliyi edəcək

Futbol
Bu gün, 00:43

Bukovina ilə Livıy Bereq arasındakı matç hava hücumu təhlükəsi səbəbindən dayandırıldı

Futbol
Bu gün, 00:38

Cəlal qol vurdu, “Petrolul” evdə xal qazandı

Güləş
Bu gün, 00:26

Arseniy Djioyev: “Ümid edirəm ki, Azərbaycan bayrağı birinci yerdə olacaq”

Futbol
Bu gün, 00:21

Real Madrid müdafiəçisinin evində 350 min avro dəyərində əşyalar oğurlandı

Futbol
Bu gün, 00:12

Manchester United Karrikin gələcəyinə dair qərarı noyabr fasiləsinə qədər təxirə saldı

Futbol
Dünən, 23:55

Simeone La Liqasında ən çox qalib gələn məşqçi rekordunu yenilədi

Futbol
Dünən, 22:53

Rüfat Abdullazadə iştirak etdi, komandası 1:1 heç-heçə ilə tamamladı

Futbol
Dünən, 22:46

Murad Məmmədov Pafos üçün məğlubiyyətdən xilas oldu

Cüdo
Dünən, 22:39

İki Azərbaycan cüdoçusu U-23 Avropa çempionu

Futbol
Dünən, 22:38

Mourinyo yeddi günə üç matç tənqid etdi

Futbol
Dünən, 22:24

Rüfət Abdullazadənin komandası 1:1 nəticəni son anda bərabərlədi

Futbol
Dünən, 22:15

Spalletti: "Napoli qarşısında qələbə üçün rəqiblərdən daha çox istəmək lazımdır"

Olimpiada
Dünən, 21:59

Dakar 2026‑da Azərbaycan üzgüçüsü Süleyman İsmayılzadənin 800 m sərbəst üzmə yarışı ləğv edildi – məşqçinin etirazı

Futbol
Dünən, 21:48

Maykl Karrik Çelsiyə 0:2 məğlubiyyətdəki üç əsas səbəbi izah etdi

Futbol
Dünən, 21:01

"Sabah" klubu "Barselona" ilə UEFA Çempionlar Liqası matçı üçün hazırlanır

Qarabağ FK
Dünən, 20:45

Yeton Bekiri: "Qarabağ"la 0:0 hesablı heç-heçədə komandamdan razıyam, 1 xala layiq idi"

Futbol
Dünən, 20:39

Bayer evdə 4-2 məğlubiyyətə məruz qaldı, RB Leypsiq 2-0 qələbə qazandı

Qarabağ FK
Dünən, 20:36

Qurban Qurbanov: Çatışmazlıqlarımızı Gizlətməyəcəyik

Futbol
Dünən, 20:35

Maksimov: Cədvəldə sonuncu yerdə olduğumuz üçün futbolçularımız həyəcanlıdır

Oxşar xəbərlər