Azərbaycan Premyer Liqasının son turu çərçivəsində "Turan Tovuz" - "Sabah" qarşılaşması başa çatıb.
İdman.Biz bildirir ki, matç Bakı təmsilçisinin xeyrinə bitib - 1:2.
Bununla da, çempion "Sabah" xallarının sayını 78-ə çatdırıb. "Turan Tovuz" isə mövsümü 59 xalla üçüncü yerdə başa vurub. Hər iki klub ölkəmizi avrokuboklarda təmsil edəcək.
18:46
"Turan Tovuz" - "Sabah" qarşılaşmasında daha bir qol vurulub.
İdman.Biz bildirir ki, 86-cı dəqiqədə Ayxan Hüseynov hesab arasındakı fərqi azaldıb - 1:2.
18:25
"Turan Tovuz" - "Sabah" qarşılaşmasında ikinci qol vurulub.
İdman.Biz bildirir ki, 64-cü dəqiqədə Xəyal Əliyev "Sabah"ın üstünlüyünü artırıb - 0:2.
18:03
İdman.Biz xəbər verir ki, Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sabah" qarşılaşmasında ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra Sabah 1-0 öndədir.
17:48
Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sabah" qarşılaşmasında ilk hissə başa çatdı. Sabah 1-0 öndədir.
17:19
"Turan Tovuz" - "Sabah" qarşılaşmasında hesab açılır.
Aron Maluda oyunun 15-ci dəqiqəsində "Sabah"ı hesabda önə çıxarır - 0:1.
16:55
Misli Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Turan Tovuz" - "Sabah" qarşılaşması başladı.
16:18
Misli Premyer Liqasının 33-cü turunda Bank Respublika Arenada çempion keçiriləcək "Turan Tovuz" - "Sabah" qarşılaşması üçün start heyətləri açıqlanıb.
İdman.Biz xəbər verir ki, komandalar saat 17:00-da start götürəcək oyuna aşağıdakı heyətlərlə çıxacaqlar:
"Turan Tovuz": 41. Sergey Samok 4. Şəhriyar Əliyev (k) 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 14. Murad Dadaşev 99. Vadji İbrahima 32. Hayderson Hurtado 8. David Tavareş 2. Mark Rene Mampassi
Ehtiyat oyunçular: 13. Mehman Hacıyev 29. Filip Ozobiç 97. Elçin Qasımov 73. Ülvi Mədətov 20. İbrahim Ramazanov 42. İsmayıl İsmayılov 60. Vüqar Bağırov 47. Pərvin Rəşidov 75. Əli Kiçibəyov 9. Coş Cinnelli
Baş məşqçi: Kurban Berdiyev
"Sabah": 94. Rəvan Mirzəmmədov 17. Tellur Mütəllimov 10. Aleksey İsayev (k) 5. Rəhman Daşdəmirov 9. Xəyal Əliyev 3. Stiv Solvet 13. İvan Lepiniça 22. Zinedin Uld Xaled 99. Patrik Mbina 53. Andrey Santos 19. Aron Maluda
Ehtiyat oyunçular: 92. Stas Pokatilov 55. Nicat Mehbalıyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 89. Cəfər Muxtarov 80. Akim Zedadka 11. Kahim Parris 83. Stefen Ende
Baş məşqçi: Valdas Dambrauskas
09:15
Bu gün futbol üzrə Misli Premyer Liqasının 33-cu turu çərçivəsində iki oyun keçiriləcək. İlk oyunda Bank Respublika Arenada "Turan Tovuz" "Sabah"ı qəbul edəcək.
İdman.Biz xəbər verir ki, oyunun start fiti saat 17:00-da çalınacaq.
"Turan Tovuz" hazırda turnir cədvəlində 59 xalla üçüncü pillədə yer alıb. 75 xala malik "Sabah" isə liderdir.
Misli Premyer Liqası
Üçüncü dövrə, 33-cü tur
22 may (cümə)
17:00. "Turan Tovuz" - "Sabah"
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Bank Respublika Arena
Qeyd edək ki, tura mayın 24-də yekun vurulacaq.