Almaniya Bundesliqasının 28-ci turu çərçivəsində "Union" (Berlin) və "Sankt-Pauli" komandaları üz-üzə gəlib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın 25-ci dəqiqəsində Matias Pereyra Laj qonaqları hesabda irəli çıxarıb. Lakin ikinci hissənin əvvəlində - 51-ci dəqiqədə Andrey İliç Derrik Konun ötürməsini qola çevirərək tarazlığı bərpa edib.
Qazanılan bir xal "Union"un xallarının sayını 32-yə çatdırıb və komanda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 24 xalı olan "Sankt-Pauli" isə 16-cı yerdə qalmaqda davam edir.