top
Bundesliqa: Bavariya RB Leypsiq üzərində böyük hesablı qələbə qazanıb, Borussiya Dortmund da Sankt-Paulini məğlub edib Idman.biz
17 yanvar 2026, 23:42
- ↺ +

Bundesliqa: "Bavariya" "RB Leypsiq" üzərində böyük hesablı qələbə qazanıb, "Borussiya Dortmund" da "Sankt-Pauli"ni məğlub edib

Almaniya Bundesliqasının 18-ci turunda "RB Leypsiq" "Bavariya"nı qəbul edib.

İdman.Biz bildirir ki, qonaqlar 5:1 hesabı qalib gəliblər.

"RB Leypsiq" hücumçusu Romulo 20-ci dəqiqədə hesabı açıb. "Bavariya"nın hücumçusu Serj Qnabri 50-ci dəqiqədə cavab qolunu vurub. Harri Keyn 67-ci dəqiqədə qonaqları hesabda irəli çıxarıb. Müdafiəçi Conatan Ta 83-cü dəqiqədə münhenlilərin üçüncü qolunu vurub. "Bavariya" matçın sonlarında daha iki qol vurub, Aleksandar Pavloviç və Maykl Olise fərqləniblər.

Almaniya Bundesliqasında 18 oyundan sonra "Bavariya"nın 50 xalı var və turnir cədvəlinə başçılıq edir. "RB Leypsiq"in 17 oyundan sonra 32 xalla dördüncü yerdədir.

21:25

Almaniya Bundesliqasının 18-ci turunun "Borussiya Dortmund" və "Sankt-Pauli" komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, oyun eyniadlı şəhərdəki Dortmund stadionunda baş tutub.

Meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Ev sahibi komandanın yarımmüdafiəçisi Yulian Brandt 45+1-ci dəqiqədə hesabı açıb. 54-cü dəqiqədə hücumçu Kərim Adeyemi "Borussiya"nın üstünlüyünü ikiqat artırıb. Səkkiz dəqiqə sonra yarımmüdafiəçi Ceyms Sends fərqi azaldıb, 73-cü dəqiqədə hücumçu Riki-Ceyd Cons isə bərabərlik qolunu vurub. 90+5-ci dəqiqədə Emre Can penaltidən qol vuraraq ev sahibi komandanın qələbəsini təmin edib.

Turun digər oyununda "Hoffenhaym" minimal hesabla "Bayer Leverkuzen"ə qalib gəlib.

Bu qələbə ilə "Hoffenhaym" turnir cədvəlində üçüncü yerə çıxıb.

"Volfsburq" isə öz meydançasında "Haydenhaym"ın müqavimətini qıra bilməyib – 1:1.

"Köln" gərgin keçən qarşılaşmada "Mayns"ı üstələyib – 2:1.

"Hamburq" – "Borussiya Mönhenqladbax" oyununda isə hesab açılmayıb – 0:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:28

Mourino "Real"ın ilk hissələrdəki çətinlikləri barədə danışdı: "Futbolçular dedilər ki, ideal başlasaydıq skamya darıxardı"

Futbol
Bu gün, 22:24

Mahir Emreli «Rakuv»da yeddinci qolunu vurdu

Futbol
Bu gün, 22:20

Vernidub "Neftçi" məğlubiyyəti və Sadıqovla qədimbarədə danışdı: "Arazımızda heç nə yoxdur"

Futbol
Bu gün, 22:20

"Sabah"ın legioneri Raxmonaliyev "Sumqayıt" matçından sonra uşaqlarla xatirə şəkilləri çəkdirib - VİDEO

Futbol
Bu gün, 22:17

"Çelsi" "Real Madrid"in geri alış hüququ olan "Komo"nun müdafiəçisi Yakobo Ramonla maraqlanır

Futbol
Bu gün, 22:15

Yuri Vernidub: «Futbolçularımız öz üzərlərində işləməyə davam etsələr, daha yaxşı nəticələr qazanacağıq»

Futbol
Bu gün, 22:13

«Neftçi» «Zirə»yə 1:0 hesabı ilə qalib gəldi - Video

Futbol
Bu gün, 22:11

Rəşad Sadıqov "Neftçi" – "Zirə" oyunundan sonra: "Susmağımın səbəbi sizin "Neftçi"də olmağınızdır"

Futbol
Bu gün, 22:07

"Neftçi" "Zirə"ni 1:0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 22:05

"Neftçi‑Zirə matçında Vernidub "Zirənin hansısa epizodunu xatırlamıram" dedi"

Futbol
Bu gün, 22:00

"Barselona" və "İnter" Hermoso üçün transfer axtarır

Futbol
Bu gün, 21:43

Rəşad Sadıqov: «Neftçi»yə qarşı matçda üstün tərəf biz idik

Futbol
Bu gün, 21:41

"Portu"ya ilk Avropa kubokunu gətirən braziliyalı sabiq futbolçu Juari 67 yaşında vəfat edib

Futbol
Bu gün, 21:40

"Atletiko" 35 milyon avroya aldığı Ludmani satmaq istəyir

Digər
Bu gün, 21:27

"Beşiktaş" İstanbulda su tağı ilə qarşılandı

Futbol
Bu gün, 21:20

Rəşad Sadıqov: "Mən bəzi açıqlamaları Verniduba yaraşdırmıram"

Futbol
Bu gün, 21:20

Tanıdığımız sima milliyə dəvət almasının səbəbini bilmir - VİDEO

Futbol
Bu gün, 21:15

Mançester Yunayted, Liverpul və Arsenal Borussiya Dortmundun müdafiəçisi Joan Qadunu transfer etmək istəyir

Futbol
Bu gün, 21:08

«Zirə»nin baş məşqçisi Rəşad Sadıqov «Neftçi» matcından sonra Vernidubla söhbətdə əsəbi reaksiya göstərib

Digər
Bu gün, 21:00

Azərbaycanda üzgüçülük məşqçiləri üçün sertifikatlaşdırma sistemi tətbiq ediləcək

Futbol
Bu gün, 20:53

Premyer Liqa: Neftçi Zirəyə 1:0 hesabı ilə qalib gəlib və liderliyini möhkəmləndirib

Futbol
Bu gün, 20:41

"Bavariya"da zədə böhranı genişləndi"

Futbol
Bu gün, 20:40

"Veteranların futbolun xilaskarı olmadığına dair təhlil"

Digər
Bu gün, 20:38

Gürcüstanın Ankaradakı səfiri UEFA Avropa Liqası matçındakı hadisələrə görə Türkiyə XİN-ə çağırıldı

Oxşar xəbərlər