top
AMEA Prezidenti: Dövlət Qurumları Arasında Minifutbol Yarışı Gəncliyin İdman Bayramı Kimidir Idman.biz
Bu gün, 15:50
- ↺ +

AMEA Prezidenti: Dövlət Qurumları Arasında Minifutbol Yarışı Gəncliyin İdman Bayramı Kimidir

Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında beşinci minifutbol turnirinin açılış mərasimində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli jurnalistlərə açıqlama verib.

İdman.Biz xəbər verir ki, akademik çıxışında turnirin əhəmiyyətindən və AMEA komandasının yarışda ilk dəfə iştirakından danışıb:

"Dövlət qurumları arasında keçirilən beşinci minifutbol yarışı Azərbaycanın idman həyatında artıq özünəməxsus yer tutub və geniş əks-səda doğurub. Gənclər və İdman Nazirliyinin ardıcıl olaraq təşkil etdiyi bu yarışlar həm ölkəmizdə idmanın kütləviləşməsinə böyük töhfə verir, həm də böyük futbol üçün ehtiyat qüvvə rolunu oynayır. Ötən il qalib olmuş komandalardan birinin ölkə futbolunda təmsil olunması bunun artıq real nəticəsidir.

Bu il ilk dəfədir ki, Azərbaycan Milli Elmlər Akademiyası da minifutbol yarışında təmsil olunur. Akademiyada institutlar arasında keçirilən yarışın qalibi olan gənc alimlər bu gün dövlət qurumları arasında təşkil edilən turnirdə AMEA-nı təmsil edəcəklər.

Bütövlükdə, dövlət qurumları arasında keçirilən bu minifutbol yarışı sözün əsl mənasında gəncliyin futbol və idman bayramıdır və Azərbaycan idmanının gələcəyinə böyük töhfə verir. İştirakçılara uğurlar arzulayıram".

Qeyd edək ki, bu gün ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib. Bakı Tennis Akademiyasında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, AFFA və Azərbaycan Minifutbol Federasiyasının (AMF) rəhbərliyi, eləcə də müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Turnirdə 4 qrupda ümumilikdə 40 komanda mübarizə aparır.

Xatırladaq ki, turnirin əvvəlki qalibləri 2023-cü ildə Fövqəladə Hallar Nazirliyinin (FHN), 2024 və 2025-ci illərdə Ədliyyə Nazirliyinin, 2026-cı ildə isə SOCAR-ın komandaları olub. Beşinci minifutbol turnirinin qalibi isə 2027-ci ildə müəyyənləşəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:00

Kəpəzin Tovuzda gəlişi qarşılaşma təhlükəsizliyini artırdı

Futbol
Bu gün, 15:52

Fənərbaxçanın 22 yaşlı müdafiəçisi ilə Arsenal arasında danışıqlar başladı

Futbol
Bu gün, 15:51

PSJ rəhbərliyi Ferran Torresin son həftələrdəki performansından narazıdır

Futbol
Bu gün, 15:40

Hakim qərarları rüsvayçılıq kimi qiymətləndirildi

Futbol
Bu gün, 15:30

"Willem II" Niderland çempionatında antirekorda imza atdı

Basketbol
Bu gün, 15:29

"Hassani Qravett "Sabah" klubunda müqaviləsini 2026/27 mövsümünə qədər uzatdı"

Futbol
Bu gün, 15:13

Dövlət qurumları arasında V minifutbol turniri açıldı

Futbol
Bu gün, 15:03

La Liqa 14-cü tur: "Barselona" Bakıdan La-Korunyaya səfərə çıxır, "Real Madrid" liderə təzyiq göstərir

Digər
Bu gün, 15:01

«Fərid Qayıbov Misir nümayəndə heyəti ilə gənclər və idman sahəsində əməkdaşlığı müzakirə edib»

Futbol
Bu gün, 15:00

Qərb derbisində "Turan Tovuz" evdə "Kəpəz"ə heç dəfə məğlub olmub

Futbol
Bu gün, 14:42

Messi iştirak edəcək, Ronaldo hələ qərar verməyib

Futbol
Bu gün, 14:40

PSJ müdafiəçisi Nunu Mendeş sol bud yaralanması ilə xəyanət

Futbol
Bu gün, 14:39

İngiltərə Premyer Liqası klubları «Mançester Siti»nin sahibələrini klubu satmağa məcbur etməyi tələb edir

Futbol
Bu gün, 14:30

Borussia 19 yaşlı müdafiəçiyə 80 milyon avro qiymət qoydu

Digər
Bu gün, 14:24

Azərbaycan və Beynəlxalq Xizək və Snobord Federasiyası qış turizminin inkişafını müzakirə edib

Qarabağ FK
Bu gün, 14:23

Kadi Borqesin komandadan ayrılması barədə iddialar haqsızdır – "Qarabağ"dan İDMAN.BİZ‑ə rəsmi açıqlama

Digər
Bu gün, 14:02

«İmaməddin Xəlilovun hədəfi: yenidən paralimpiya və dünya çempionu olmaq;»

Qarabağ FK
Bu gün, 14:00

"Şükür ki, çəkdiyim əziyyətin bəhrəsini görürəm" – Şakir Seyidovun MÜSAHİBƏSİ

Futbol
Bu gün, 13:50

"Xəzər Lənkəran"ın qayıdışı AFFA-nı aşır — sabiq mətbuat katibindən müsahibə

Futbol
Bu gün, 13:49

Real və Liverpul niderlandlı qapıçısını transfer edəcək

Futbol
Bu gün, 13:34

Çelsi yenə xalsız qaldı

Digər
Bu gün, 13:33

Batumda Beşiktaşlı tələbələrə hücum edildi

Futbol
Bu gün, 13:30

"Fransa klubu baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis gətirir"

Oxşar xəbərlər