top
Azərbaycan Superkuboku: Niyə keçirilmir və bərpa olunacaqmı? Idman.biz
16 aprel 2026, 14:00
- ↺ +

Azərbaycan Superkuboku: Niyə keçirilmir və bərpa olunacaqmı?

Azərbaycan futbolunda uzun illərdir ölkə çempionu ilə kubokun qalibini üz-üzə gətirən Superkubok oyunu keçirilmir.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, bu qarşılaşma müstəqillik dövründə cəmi dörd dəfə təşkil olunub.

İlk Superkubok oyunu 1993-cü il fevralın 21-də oynanılıb. Sumqayıtda "Neftçi" ilə "İnşaatçı Bakı" komandaları arasında keçirilmiş qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb – 4:1.

1993-cü ildə təşkil olunan Superkubok matçı baş tutmayıb. Mövsümü "qızıl dubl"la başa vuran "Qarabağ" təşkilatçılar tərəfindən üç titulla mükafatlandırılıb.

1994-1995-ci illər mövsümündə çempion olan "Kəpəz" Superkubok uğrunda oynamaqdan imtina etdiyi üçün ölkə kubokunun qalibi "Neftçi"nin qarşısına vitse-çempion "Turan" komandası çıxıb. Əsas vaxtı 1:1 hesabı ilə bitən görüşdə paytaxt təmsilçisi penaltilər seriyasında (8:7) qalib gələrək sonuncu dəfə Superkuboka sahib çıxıb.

Azərbaycan Superkuboku uğrunda sonuncu görüş 2013-cü ildə Naxçıvanda əzəli rəqiblər olan "Xəzər Lənkəran" və "Neftçi" arasında baş tutub. Bölgə təmsilçisi meydandan 2:1 hesablı qələbə ilə qalib ayrılaraq, titulun hələlik son sahibi olub.

Görəsən, dünyanın bir çox ölkəsində təşkil olunan prinsipial qarşılaşma Azərbaycanda yenidən bərpa olunacaqmı?

Məsələ ilə bağlı sualımızı Peşəkar Futbol Liqasına (PFL) ünvanladıq. Qurumun Media və marketinq direktoru Sənan Abdullayev Azərbaycan Superkuboku uğrunda oyunun keçirilməsinin 2025/26-cı il mövsümü üçün gündəmdə olmadığını söyləyib: "Buna səbəb klublarımızın avrokuboklara hazırlığı, Superkubokun avrokuboklara yer verməməsi, mükafatın olmaması səbəbindən matça klublarımızın maraq göstərməməsidir. Superkubok bizdə sonuncu dəfə 2012-ci ildə keçirilib. Bu matçın təşkili üçün vaxt olduqca önəmli amildir. Hazırda aktual deyil. Amma bildirdiyimiz kimi, bu təcrübə bizdə olub. Gələcəkdə bu görüşün bərpası mümkün olarsa, əlavə məlumatlar veriləcək".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:03

«İmişli»yə qarşı 3:1 qalib gələn «Şəfa»nın məşqçisinin açıqlamaları

Futbol
Bu gün, 17:02

"Uşaqların xarakteri qələbədə böyük rol oynadı"

Futbol
Bu gün, 17:00

Aleks de Souza Braziliyanın Seara klubunun baş məşqçisi təyin edildi

Futbol
Bu gün, 17:00

Premyer Liqada qalibiyyətlər üçün mükafat fondu artırıldı

Futbol
Bu gün, 17:00

Neftçi‑nin Zirə‑yə qarşı uzun müddət ərzindəki qalibiyyəti – son qələbədən 1 il 9 ay keçib

Futbol
Bu gün, 16:55

"Qələbəyə hava‑su kimi ehtiyacımız var idi" – Zaur Həşimovun matçdan sonra açıqlamaları

Formula 1
Bu gün, 16:53

Audi Qətərdə rəqiblərindən fərqli texniki yeniliklərlə çıxış etdi

Digər
Bu gün, 16:45

"İdmanımız sürətlə inkişaf edir – Fərid Qayıbovun sözləri"

Boks
Bu gün, 16:43

Azərbaycanın boks millisi Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində iştirak edəcək

Qarabağ FK
Bu gün, 16:40

Çempionatda liderliyini qoruyan "Neftçi" 3:1 ilə "Araz‑Naxçıvan"ı məğlub etdi

Futbol
Bu gün, 16:40

Avropa klubları 21 yaşlı Fransız qapıçını ələ almağa gələdi

Qarabağ FK
Bu gün, 16:38

Yuri Syomin: Sabah Azərbaycan futbolunu ən yüksək səviyyədə təmsil edir

Futbol
Bu gün, 16:30

Xankəndi 2:0 Zaqatala, Səbail 1:0 Şimal – I Liqa 9-cu tur nəticələri

Futbol
Bu gün, 16:24

İmişlidan səfər qələbəsi

Digər
Bu gün, 16:23

ExpoSport Azərbaycan 2026 sərgisində Alpaqut Federasiyasının milli idman növlərini təbliğ etməsi

Futbol
Bu gün, 16:20

"Arsenal "Sportinq"in müdafiəçisinə "elçi" düşüb"

Futbol
Bu gün, 16:16

"Real" Brahim Dias müqaviləsini uzadı

Olimpiada
Bu gün, 16:10

Səkinə Vəliyeva Avropa Olimpiya Akademiyalarının icra heyətində Azərbaycanı təmsil edəcək

Futbol
Bu gün, 16:07

De Zerbi Uilyams-Barnettin Laminyamal səviyyəsinə yüksələ biləcəyini deyib və topsuz oyonda fəallıq tələb edir

Digər
Bu gün, 16:02

Mark Markes MotoGP-də karyerasını başa vurduğunu açıqladı

Qarabağ FK
Bu gün, 16:00

"Xankəndi stadionunda qələbə ilə qayıdan ilk baş məşqçidən açıqlama"

Futbol
Bu gün, 16:00

Ağasəlim Mircavadov: Bu qarşılaşma 6 xal dəyərindədir

Futbol
Bu gün, 15:58

"Şirvan" PFK baş meneceri: Klubun maliyyə vəziyyətində problem yoxdur, sponsorlarla əməkdaşlıq davam edir

Futbol
Bu gün, 15:54

I Liqada 15 oyunun vaxtları açıqlanıb

Oxşar xəbərlər