top
Azərbaycan milli komandası üçün legionerlərin siyahısı açıqlandı: çağırılanlar və kənarda qalanlar Idman.biz
Dünən, 18:12
- +

Azərbaycan milli komandası üçün legionerlərin siyahısı açıqlandı: çağırılanlar və kənarda qalanlar

Azərbaycan milli komandasının Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqası oyunları üçün açıqlanan 30 nəfərlik heyətində xarici klublarda çıxış edən futbolçuların seçimi diqqət çəkib.

İdman.Biz xəbər verir ki, baş məşqçi Ayxan Abbasov xaricdə çıxış edən səkkiz futbolçuya dəvət göndərib. Bunlar Cəlal Hüseynov, Anton Krivotsyuk, Toral Bayramov, Rüfət Abdullazadə, Anatoli Nuriyev, Vüsal İsgəndərli, Mahir Emreli və Renat Dadaşovdur.

Çağırılan legionerlərin cari mövsümdə klublarındakı oyun praktikası isə fərqlidir.

Rumıniyanın "Petrolul" klubunda çıxış edən Cəlal Hüseynov yeddi matçda meydana çıxıb, onlardan birinə start heyətində başlayıb və 165 dəqiqə oynayıb. Müdafiəçi qol və məhsuldar ötürmə ilə fərqlənməyib.

Cənubi Koreyanın "Daejeon Hana" klubunun müdafiəçisi Anton Krivotsyuk çağırılan legionerlər arasında ən çox oyun praktikası qazananlardan biridir. O, 2026-cı il K Liqa 1 mövsümündə 19 matçda iştirak edib, 17 dəfə start heyətində yer alıb, 1546 dəqiqə oynayıb və bir qol vurub.

Türkiyənin "Bursaspor" klubunda çıxış edən Toral Bayramov isə Birinci Liqada altı matçda iştirak edib. O, cəmi bir dəfə start heyətində meydana çıxıb və ümumilikdə 200 dəqiqə oynayıb. Bayramovun qol və məhsuldar ötürməsi yoxdur.

İsrailin "Kiryat Şmona" klubunda çıxış edən Rüfət Abdullazadə cari mövsümdə liqada dörd matçda 288 dəqiqə oynayıb və bir qol vurub.

Macarıstanın "Kişvarda" klubunda forma geyinən Anatoli Nuriyev NB I-də dörd matçda meydana çıxıb və cəmi 88 dəqiqə oynayıb. Buna baxmayaraq, yarımmüdafiəçi bir qol vurmağı bacarıb.

Kosovonun "Malişeva" klubunun futbolçusu Vüsal İsgəndərli Konfrans Liqasının təsnifat mərhələsində dörd matçda 200 dəqiqə oynayıb. O, qol vurmayıb.

Polşanın "Rakuv" klubunda çıxış edən Mahir Emreli isə çağırılan legionerlər arasında ən məhsuldarlardan biridir. Hücumçu Ekstraklasada səkkiz matçda 666 dəqiqə oynayıb, üç qol vurub və bir məhsuldar ötürmə verib. Bundan əlavə, Konfrans Liqasında altı matçda üç dəfə fərqlənib.

Ukraynanın "Bukovina" klubuna yeni qoşulan Renat Dadaşov isə Premyer Liqada hələlik bir matçda iştirak edib. O, "Zorya" ilə görüşdə sonradan meydana daxil olaraq 25 dəqiqə oynayıb.

Xaricdə çıxış edən bəzi tanınmış futbolçular isə siyahıdan kənarda qalıblar. Onların arasında Türkiyənin "Erzurumspor" klubunun hücumçusu Nəriman Axundzadə, Rusiyanın "Soçi" klubunda çıxış edən Ramil Şeydayev və Albaniyanın "Eqnatiya" klubunun mərkəz müdafiəçisi Zamiq Əliyev var.

Nəriman Axundzadənin millidən kənarda qalmasının əsas səbəblərindən birinin klubunda kifayət qədər oyun praktikası qazanmaması olduğu ehtimal edilir. 22 yaşlı hücumçu "Erzurumspor"un iştirak ərizəsinə daxil edildiyi beş matçın yalnız üçündə meydana çıxıb və ümumilikdə 55 dəqiqə oynayıb. O, son iki qarşılaşmada ehtiyat oyunçular skamyasında qalsa da, meydana buraxılmayıb.

Maraqlıdır ki, çağırılan futbolçular arasında da Nərimandan çox böyük oyun praktikası qazanmayanlar var. Məsələn, Anatoli Nuriyev Macarıstan çempionatında cəmi 88, Cəlal Hüseynov isə Rumıniya çempionatında 165 dəqiqə oynayıb. Bununla belə, Nuriyev həmin müddətdə bir qol vurub.

Albaniyanın "Eqnatiya" klubunda çıxış edən Zamiq Əliyev də millinin 30 nəfərlik heyətinə daxil edilməyib. 25 yaşlı futbolçu əsasən mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 2026/2027 mövsümündə Albaniya Superliqasında üç matçın hamısına start heyətində başlayıb və 270 dəqiqə meydanda olub. Zamiq çempionatda qol və məhsuldar ötürmə ilə fərqlənməyib. Avropa Liqasında isə üç qarşılaşmada iştirak edib, 134 dəqiqə oynayıb, burada da qol və assisti yoxdur. Beləliklə, müdafiəçi cari mövsümdə bütün turnirlər üzrə 6 oyunda 404 dəqiqə forma geyinib və məhsuldar göstərici qeydə almayıb.

Ramil Şeydayevin kənarda qalmasına isə cari mövsümdə aşağı məhsuldarlıq təsir göstərə bilər. "Soçi"nin hücumçusu oyun praktikası qazansa da, hələlik qol və məhsuldar ötürmə ilə fərqlənə bilməyib. O, altı oyunda meydana çıxıb və 281 dəqiqə oynayıb.

Beləliklə, legionerlərin statistikası göstərir ki, seçim yalnız meydanda keçirilən dəqiqələrin sayına əsaslanmayıb. Mahir Emreli və Anton Krivotsyuk kimi yüksək oyun praktikası qazanan futbolçularla yanaşı, Anatoli Nuriyev, Cəlal Hüseynov və Renat Dadaşov kimi az oynayan legionerlər də 30 nəfərlik siyahıda yer alıblar.

Ayxan Abbasov hücum xəttinə Vüsal İsgəndərli, Musa Qurbanlı, Mahir Emreli və Renat Dadaşovu dəvət edib.

Xatırladaq ki, Azərbaycan milli komandası yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan yığması ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva millisi ilə, oktyabrın 1-də Lixtenşteyn yığması ilə, həmçinin oktyabrın 4-də Litva millisi ilə qarşılaşacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:17

Xabi Alonso Premyer Liqada ilk beş matçında hər birində iki qol buraxmaq rekordunu qırdı

Futbol
Bu gün, 01:03

Brentford, Çelsini 3-0 məğlub etdi – Qələbəsiz seriya 3 oyuna çatdı

Futbol
Bu gün, 00:33

Bayern'dən Union'a 7-0 dəhşətli qələbə: Olise hətt-rik, Kane dubl, tarixi rekord - VİDEO

Qarabağ FK
Dünən, 23:34

“Qarabağ” və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra tribunadan matç izləyir - VİDEO

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Futbol
Dünən, 23:19

UEFA Infantino'ya Dünya Kuboku səhmlərinin satışı planına qarşı təzyiq artırır

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Futbol
Dünən, 20:36

Azər Məmmədov: “Kəpəz” komandasının kubokun finalında çıxmasını çox istərdim – MÜSAHİBƏ

Futbol
Dünən, 18:59

Tomas Tuhel İngiltərə milli futbol heyətini açıqladı

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 15:04

AFFA və PFF rəhbərləri əməkdaşlıq perspektivləri üzrə geniş müzakirə aparıblar - FOTO

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Dünən, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Dünən, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Dünən, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
17 sentyabr 2026, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
17 sentyabr 2026, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Oxşar xəbərlər