top
Ayxan Abbasov: Hər matç finala bərabər olacaq - Qış fasiləsi, transferlər və Qəbələ oyunu haqqında Idman.biz
21 yanvar 2026, 14:49
- ↺ +

Ayxan Abbasov: "Hər matç finala bərabər olacaq" - Qış fasiləsi, transferlər və "Qəbələ" oyunu haqqında

"Yayda ayrılan büdcə ilə komandamızı formalaşdırmışıq və kimsə bizdən ayrılsa idi, nəsə fikirləşə bilərdik".

Bunu Azərbaycan milli komandasının və "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Qış fasiləsini dəyərləndirməyinizi istərdik. İstədiyiniz kimi hazırlıq keçə bildiz?

- Futbolçular istirahətdən gəlir deyə, bir qədər çətin olur. Ancaq bu, hər komanda üçün xeyirlidir. Mövsüm ərzində ağır oyunlar keçir. Futbolçularda psixoloji yorğunluq olur. İki həftə sürən fasilədə futbolçular istər-istəməz fiziki formadan düşürlər. Təlim-məşq toplanışında bunu aradan qaldrımağa çalışırıq. Hər şey qaydasındadır. Xırda zədələrimiz oldu. beş-altı gün vaxtımız var.

- Fasilədə cəmi bir futbolçunu "rənglərinizə bağladız". Qış "transfer pəncərəsi"nin sonuna qədər qədər düşərgəyə yeni futbolçu qoşulmaq ehtimalı var?

- Yayda ayrılan büdcə ilə komandamızı formalaşdırmışıq və kimsə bizdən ayrılsa idi, nəsə fikirləşə bilərdik. Sənan Muradlını "Sumqayıt" yenidən qaytarmaq istədi, biz də problem yaratmadıq. Sənan Muradlının yerinə gənc futbolçu Ramiz Muradovu icarəyə götürdük. O da əvəzedicilər liqasında yaxşı mövsüm keçirir. Ümumiyyətlə, belə gənc futbolçulara şans vermək istəyirik. Çünki Rüfət Abbasov da "Neftçi"də əvəzedici heyətdə çıxış edirdi.

- Fasilə dönəmində millinin baş məşqçisi kimi Antalyaya da yollandız. Türkiyə səfəri ilə bağlı təəssüratlarınızı bilmək istərdik...

- Çox istərdim ki, bütün komandaları izləyim. Çox vaxtım olmadı. Köməkçilərim də orda idi. "Qarabağ"ın iki oyununa baxa bildik. "Zirə"nin, "Sumqayıt"ın yoldaşlıq oyunlarında yerli futbolçuları iş başında görmək imkanımız oldu. Renat Dadaşovla görüşdük, fikir mübadiləsi apardıq. Səfər səmərəli keçdi. Futbolçuların hazırkı durumunu izləmək xoş oldu.

- Fasilədən sonra ilk oyununuz "Qəbələ"yə qarşıdır. Gözləntiləriniz necədir?

- Qışdan sonra bütün oyunlar çətin keçəcək. "Qəbələ" yaxşı komandadır. Hər matç finala bərabər olacaq. Bunu futbolçulara bildirmişik. Tək "Qəbələ" ilə yox, bütün oyunlarda xal qazanmaq istəyirik.

- Millinin martda keçiriləcək oyunlarında yeni simalar görə bilərik?

- Hələ çempionat başlamayıb. Beynimizdə yeni futbolçulara baxmaq var. Bu onların marta qədər necə oynayacaqlarından sonra bəlli olacaq. Bəlkə də gözləmədiyimiz futbolçu daha yaxşı formada olacaq. Hər kəsi izləyirik.

- Bu gün "Qarabağ" "Ayntraxt"la qarşılaşır. Bu oyundan gözləntiniz?

- "Qarabağ"a uğurlar arzu edirəm. Yoldaşlıq görüşlərindən sonra da gördük ki, futbolçular gümrahdır. İnanıram ki, "Ayntraxt"la oyunda yaxşı nəticə göstərib, pley-off şanslarını artıracaqlar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:20

I Liqada 6-cı turun nəticələri

Futbol
Bu gün, 17:18

Portuqaliya millisində Ronaldunun qayıtması üçün sərt şərtlər tələb olunur

Digər
Bu gün, 17:10

Nazim Süleymanov U-15 dünya çempionatından gözləntilərini açıqladı

Futbol
Bu gün, 17:03

Şahdağ-Qusar yarımmüdafiəçisi Mahrab Baxşalı: Çempionluqdan irəli heç nə yoxdur

Futbol
Bu gün, 17:00

Şamaxı Şəfa'yı məğlub etdi: Oruc Məmmədov nəticələrin gözlənilmədiyini vurğuladı

Futbol
Bu gün, 16:55

Klopp, “El‑Klasiko”da Barcelona’yı dəstəkləyəcəyini açıqladı

Digər
Bu gün, 16:47

“Şəfa”da “Kəpəz”lə oyun öncəsi itki

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Digər
Bu gün, 16:40

UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

Digər
Bu gün, 16:31

“Mingəçevir”də dəyişiklik: investorlarla yollar ayrıldı, baş məşqçi də gedə bilər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Oxşar xəbərlər