top
Ayxan Abbasov: Azərbaycan millisi azarkeşlərlə Syerra-Leoneyə qalib gəlmək əzmindədir Idman.biz
29 mart 2026, 19:33
- ↺ +

Ayxan Abbasov: Azərbaycan millisi azarkeşlərlə Syerra-Leoneyə qalib gəlmək əzmindədir

"Futbol üzrə Azərbaycan millisi azarkeşlərin dəstəyi ilə Syerra-Leone yığmasına qalib gəlmək istəyir".

İdman.Biz xəbər verir ki, bu barədə oyunöncəsi mətbuat konfransında yığmanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində Syerra-Leone seçməsinə qarşı keçirəcəkləri oyunla bağlı gözləntilərini bölüşüb.

Ayxan Abbasov bildirib ki, bu, komandanın turnirdəki ikinci oyunu olsa da, rəqib üçün ilk matçdır və bu mənada onların müəyyən üstünlüyü var. Buna baxmayaraq, baş məşqçi evdə oynadıqlarını və azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istədiklərini vurğulayıb. O, rəqibi reytinq baxımından bizdən öndə olan və optimal heyətlə gələn ciddi rəqib kimi xarakterizə edib. Abbasov komandanın oyundan-oyuna daha da inkişaf etməli olduğunu və sabahkı matça tam hazır olduqlarını qeyd edib.

Baş məşqçi həmçinin milli komandanın tarixində ilk dəfə Afrika təmsilçisi ilə üz-üzə gələcəyinə diqqət çəkib:

"Daha əvvəl bu qitənin kollektivləri ilə üz-üzə gəlməmişik, bu, yeni təcrübə olacaq. Tanımadığımız rəqiblərlə oynamaq futbolçular üçün dəyişiklik baxımından yaxşıdır. Rəqib reytinqdə bizdən üstün ola bilər, bu xalları elə-belə qazanmırlar. Onların Fransanın Liqa 1-də çıxış edən müdafiəçiləri var, texnikalıdırlar. Bizi yaxşı oyun gözləyir".

Heyətdə müəyyən rotasiyaların gözlənildiyini deyən mütəxəssis millidə "birinci" və "ikinci" heyət bölgüsünün olmamasını istədiyini, çünki bütün futbolçuların hazır olmalı olduğunu bildirib. Ayxan Abbasov vurğulayıb ki, milli ilə qələbə qazanmaq hər bir məşqçi üçün böyük sevincdir və ardıcıl ikinci qalibiyyət komanda üçün ciddi motivasiya olar. O, cari ilin yığma komandanın tarixində ən yaxşı il ola biləcəyinə ümid etdiyini də əlavə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:52

Amorebietanın itirafı: Messinin üzünə butsamla dəymə, VAR olsa meydandan qovulardım

Futbol
Bu gün, 21:50

Latsionun yarımmüdafiəçisi Kennet Teylora "Nyukasl" və "Yuventus"un marağı təsdiqlənib;

Voleybol
Bu gün, 21:40

Skandiççi – Turan matçı CEV Çempionlar Liqası (voleybol) canlı yayım

Futbol
Bu gün, 21:37

Juventus Norveçli hücumçu Aleksander Sörlotun transferi üçün Madridə səfər etdi

Futbol
Bu gün, 21:22

Bruno Fernandeş Poçettinonun

Digər
Bu gün, 21:20

IIHF Rusiya yığmalarının beynəlxalq yarışlara buraxılması haqqında CAS qərarından İsveçrə Federal Məhkəməsinə şikayət edib

Qarabağ FK
Bu gün, 21:20

Şkribek: "O deyəcək 'Qarabağ', mən deyəcəm 'Neftçi'"

Futbol
Bu gün, 21:09

Bellinqem Qızıl Topun Jurnalistlər Üçün Olduğunu Bildirir

Futbol
Bu gün, 21:07

"Barselona"nın yarımmüdafiəçisi Qavi "Sabah"a qarşı Çempionlar Liqası matçında əsas heyətdə başlayacaq

Futbol
Bu gün, 21:00

Niyazi Osmanov: A millidə oynamaq və xaricdə çıxmaq ən böyük arzumdur

Futbol
Bu gün, 20:52

Yamal

Digər
Bu gün, 20:50

Fransesko Totti: Çoxları mənim hesabıma istifadə edirdi

Futbol
Bu gün, 20:40

Sabah vs Barselona start heyətləri açıqlanıb

Futbol
Bu gün, 20:30

Cud Bellinqem: "Qızıl top" məni maraqlandırmır, komanda titulları vacibdir

Futbol
Bu gün, 20:30

Sabahın futbolçusu Abdulxai Xayıbullaev zədə səbəbindən Barselona ilə matçı buraxa bilər

Futbol
Bu gün, 20:27

İspaniyalı menecer Xavi Bonaventura: "Barselona"-nın Bakıda işini çətinləşdirəcək iki amil - uzun səfər və Yamalın yoxluğu

Futbol
Bu gün, 20:25

Barselonanın yarımmüdafiəçisi Fermin Lopes iki oyuna diskvalifikasiya olunub

Futbol
Bu gün, 20:21

Holand Manchester City-nin uğursuzluğuna izah tapa bilmir

Digər
Bu gün, 20:19

İdman tədbirlərinin maliyyələşdirilməsi qaydaları yeniləndi

Futbol
Bu gün, 20:08

Dambrauskas "Sabah" - "Barselona" qarşılaşması barədə: "Futbolçularım uşaqlıqdan belə oyunları arzulayıblar"

Futbol
Bu gün, 20:00

Qalatasaray’ın baş məşqçisi Okan Buruk «Aston Villa» matçından sonra Batrakovun şəkli ilə hazırlanmış şokolad hədiyyə alıb

Futbol
Bu gün, 20:00

Manuel Noyer həyat yoldaşından ayrılıb, yeni sevgilisi 23 yaşlı fizioterapevtdir

Futbol
Bu gün, 20:00

««Sabah» və «Ulduz»u görə-bütün Azərbaycan futbolu haqqında qərar veririksə, vay bizim halımıza!» - Alfa Zaqatalanın baş məşqçisi uşaq futbolunun vəziyyətini qiymətləndirdi

Futbol
Bu gün, 19:58

Səudiyyə Dövlət İnvestisiya Fondu "Nyukasl"ın 25 faizlik səhm hissəsini yeni investorlara təklif edəcək

Oxşar xəbərlər