Avstriya 67-ci dəqiqədə Marko Arnautoviçin qolu ilə hesabda önə çıxır - 2:1.
09:20
DÇ-2026-nın J qrupunda Avstriya və İordaniya milliləri arasında keçirilən qarşılaşmada hesab bərabərləşib.
İdman.Biz xəbər verir ki, San-Fransisko Bay Area stadionunda davam edən görüşdə hesabı Avstriya millisi açıb.
Romano Şmid 20-ci dəqiqədə uzaq məsafədən dəqiq zərbə ilə Avropa təmsilçisini önə keçirib. Avstriya ilk hissəni 1:0 hesablı üstünlüklə başa vurub.
İkinci hissəyə fəal başlayan İordaniya millisi 50-ci dəqiqədə tarazlığı bərpa edib. Əli Olvan dəqiq zərbə ilə adını tabloya yazdırıb – 1:1.