"Mensfild Taun" və "Arsenal" arasında keçirilən İngiltərə Kubokunun beşinci raund matçı başa çatıb.
İdman.Biz bildirir ki, İngiltərə Premyer Liqası komandası 2:1 hesabı ilə qalib gələrək ¼ finala çıxıb. Oyun Mensfilddəki "One Call" stadionunda baş tutub.
Noni Madueke 41-ci dəqiqədə hesabı açaraq qonaqların hesabda irəli çıxmasını təmin edib. 50-ci dəqiqədə Uill Evans hesabı b\rabərləşdirib. 66-cı dəqiqədə Ebereçi Eze qələbə qolunu vurub.
Dörddəbir final oyunlarının püşkatması 9 martda keçiriləcək.