İngiltərə Premyer Liqasının 26-cı turunda "Arsenal" "Brentford"la 1:1 hesablı heç-heçə edib.
İdman.Biz bildirir ki, oyun Londondakı "Brentford Community" stadionunda baş tutub.
Komandalar ilk hissədə qol vura bilməyiblər. İkinci hissənin əvvəlində "Arsenal"ın hücumçusu Noni Madueke hesabı açıb. Müdafiəçi Kin Lyuis-Potter 71-ci dəqiqədə bərabərlik qolunu vurub.
Hazırda "Arsenal" Premyer Liqa turnir cədvəlinə 57 xalla başçılıq edir. "Brentford" 40 xalla 7-ci yerdədir.
Növbəti turda "Arsenal" "Vulverhempton"la (18 fevral), "Brentford" isə "Brayton"la (21 fevral) qarşılaşacaq.