top
Aleksey İsayev: Qarabağdakı karyeram istədiyim kimi alınmadı Idman.biz
15 may 2026, 16:11
- ↺ +

Aleksey İsayev: "Qarabağ"dakı karyeram istədiyim kimi alınmadı

"Öncə onu qeyd edim ki, "Qarabağ"dakı karyeram istədiyim kimi alınmadı".

Bunu "Sabah"ın futbolçusu Aleksey İsayev teleqraf.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Azərbaycan Kubokunun finalında "Zirə"ni 2:1 hesabı ilə məğlub edərək qalib oldunuz. 69-cu dəqiqədə siz meydandan çıxdıqdan sonra əvəzinizə meydana daxil olan Patrik Mbina hesabı bərabərləşdirdi. Matçla bağlı təəssüratlarınız necədir?

- Oyunun əvvəlində hesabda geri düşdük. Bundan sonra hesabı bərabərləşdirmək çətin oldu. Amma istəyimizə nail olduq. "Zirə" çox yaxşı komandadır. Onları da təbrik edirəm ki, finala qədər mübarizə apardılar. İndi bu qələbədən sonra istirahət edəcək və irəliyə baxacağıq.

- Karyeranızda iki "qızıl dubl" sevinci yaşamısınız. Bunlardan birinə 2023/2024 mövsümündə "Qarabağ"da, bu mövsüm isə "Sabah"da nail oldunuz…

- Bəli, üç çempionluğum və iki "qızıl dubl"um var. Buna görə tanrıya şükür edirəm.

- Maraqlıdır ki, məhz 2024/2025 mövsümündə Azərbaycan Kubokunun finalında "Qarabağ"ın heyətində "Sabah"a qarşı oynadınız və məğlub oldunuz. "Bayquşlar" ötən mövsüm ilk kubokunu qazandı. Cari mövsüm isə siz də qalib komandanın üzvüsünüz. Hər ikisini necə müqayisə edərdiniz?

- Öncə onu qeyd edim ki, "Qarabağ"dakı karyeram istədiyim kimi alınmadı. Əlbəttə ki, bu da mənim özümlə əlaqədardır. Amma mən öz doğma evimə - "Sabah"a qayıtdım. Təəssüf ki, mövsümün əvvəlində ağır zədə aldım. Bundan sonra nəhayət yaşıl meydanlara qayıtdım. Həqiqətən də çox xoşbəxtəm ki, burada həm Premyer Liqa çempionluğunu, həm də Azərbaycan Kubokunu qazandım.

- Səhv nə idi? Bir daha seçim olsaydı, "Qarabağ"a gedərdiniz?

- Ora gedişim səhv deyildi. Sadəcə, bu bir təcrübə idi. Həmişə "Qarabağ"a təşəkkür edirəm ki, məni sıralarına qatdı. Şans qazanmamağımın səbəbi məndə idi. Ola bilər ki, zədələrim də buna təsir etdi. Sabiq komanda yoldaşlarım bilir ki, mən "Qarabağ"da necə çıxış etdim, nələr etməyə çalışdım. Alınmadı. Amma yenə evimə döndüm.

- "Qarabağ"da uzun müddət oyun şansı qazanmasanız da, "Sabah"ın çempionluğunda rol oynayan əsas fiqurlardan birisiniz. Aleksey İsayev bunu necə bacardı?

- Birinci növbədə rəhbərliyimizə və komanda yoldaşlarıma təşəkkür edirəm. Çünki onlarsız meydanda heç kiməm. Kim olursam olum, onlarsız önəmim yox idi. Hər zaman qeyd edirəm ki, bizim gücümüz birlikdə olmağımızdadır. Mövsümün əvvəlində ayağımdan aldığım ağır zədəni, o hissləri yaşamağı heç kimə arzulamıram. Şükür, hər şey qaydasındadır. Hazırda komandamızda ailə mühiti var və uğurlar qazanmağa davam edirik.

- Hazırda özünüzü tam formada hesab edirsiniz?

- Hazırda özümü 70 faiz hazır hesab edirəm. Çünki tam formama qayıda bilməmişəm. Düşünürəm ki, yavaş-yavaş bunu da əldə edəcəyəm. Mövsümün bitməsinə iki oyun qalıb, bundan sonra dincələcəyik. Daha sonra isə yeni mövsüm üçün hədəflərimiz var.

- Qarşıdan millinin toplanışı yaxınlaşır. Dəvət gözləyirsinizmi?

- Əlbəttə. Hər bir futbolçu kimi, hər zaman milliyə dəvət gözləyirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Oxşar xəbərlər