top
AFFA Uşaq və Gənclərlə İş üzrə Vebinarlar Silsiləsini Davam Etdirir Sport24.az
27 may 2026, 17:20
- ↺ +

AFFA "Uşaq və Gənclərlə İş" üzrə Vebinarlar Silsiləsini Davam Etdirir

AFFA-nın Futbol Təhsili üzrə Vebinarlar təşəbbüsü çərçivəsində təşkil olunan "Uşaq və gənclərlə iş" silsiləsinin ikinci onlayn seminarı keçirilib. Sport24.az xəbər verir ki, "Uşaq psixologiyası və motivasiya" mövzusuna həsr olunan vebinarda 20-yə yaxın klubun nümayəndəsi iştirak edib.

 

Tədbir AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri, məşqçi-mütəxəssis Sərxan Hüseynov tərəfindən keçirilib.

 

Sessiya zamanı məşqçi davranışının uşağın psixologiyasına təsiri, daxili və xarici motivasiya, özünü müəyyənləşdirmə nəzəriyyəsi, effektiv ünsiyyət və geribildirim mövzuları müzakirə olunub. İştirakçılar həmçinin praktik ssenari əsasında uşaqlarla iş zamanı məşqçinin yanaşması, emosional reaksiyaların düzgün idarə edilməsi və dəstəkləyici məşq mühitinin yaradılması barədə fikir mübadiləsi aparıblar.

 

Qeyd edək ki, vebinar çərçivəsində iştirakçılarla əlavə praktiki resurslar da paylaşılır. Birinci onlayn görüşün sonunda iştirakçılara məşq sessiyası yoxlama siyahısı və mövzu üzrə faydalı məlumatların yerləşdirildiyi Məşq Sessiyası Yoxlama Siyahısı adlı iş aləti təqdim olunub. İkinci vebinarın sonunda isə iştirakçılarla "Məşqçi güzgüsü" adlı iş aləti paylaşılaraq məşqçilərin öz davranışlarını, ünsiyyət tərzini və məşq mühitinə təsirini refleksiya etməsinə dəstək göstərilib.

 

Futbol təhsili sahəsində maarifləndirici vebinarların mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur. İlkin mərhələdə məşqçilər üçün başladılan bu təşəbbüsün növbəti mərhələlərdə digər hədəf qruplarını da əhatə etməsi planlaşdırılır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:49

Şahin Diniyev: 'Sabah' - 'Barselona' matçı futbolsevərlər üçün bayramdır

Basketbol
Bu gün, 16:40

Azərbaycanda basketbolun inkişafı üçün memorandum imzalandı

Futbol
Bu gün, 16:40

PSJ Yeni Hədəf Xulian Alvaresi Transferi

Basketbol
Bu gün, 16:40

Azərbaycan Basketbol Federasiyası ilə ASA arasında əməkdaşlıq memorandumu imzalanıb

Futbol
Bu gün, 16:34

Günəş tutulmasını izləyən futbolçu əməliyyat olundu

Basketbol
Bu gün, 16:34

Ermənistan Bakıda keçiriləcək “Avrobasket-2027”də iştirak üçün müraciət edib

Digər
Bu gün, 16:26

Azərbaycan idmançıları Avropa turnirində 10 medal qazandılar - FOTO

Futbol
Bu gün, 16:20

Real Madrid

Futbol
Bu gün, 16:20

Utrextdə Entoni Korreya və Tamerus ayrıldı

Futbol
Bu gün, 16:19

İstanbulda görünən şir “Qalatasaray”ın futbolçusunundur? – Özü açıqladı

Digər
Bu gün, 16:10

Onlayn və çap media subyektləri üçün müsabiqə elan edildi

Cüdo
Bu gün, 16:02

Rüstəm Alimli: "Dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik"

Boks
Bu gün, 16:02

2027-ci ildə Bakı və Almatıda UFC turniri keçiriləcək

Futbol
Bu gün, 16:00

CAS Afrika Millətləri Kubokunun qalibi sabah açıqlayacaq

Futbol
Bu gün, 16:00

Şamaxı stadionunda yenilik

Qarabağ FK
Bu gün, 15:53

Azərbaycan U-15 milli komandası Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başladı

Futbol
Bu gün, 15:50

Okan Buruk: Batrakovun oyunu bizim üçün çox vacibdir

Formula 1
Bu gün, 15:45

2030-cu ildə Formula 1 komandalarının mühərrik təchizatı sistemi dəyişəcək

Futbol
Bu gün, 15:41

İtaliyada qırmızı kart alan futbolçu bıçaqla meydanğa qayıtdığı üçün matç dayandırılıb

Futbol
Bu gün, 15:40

“Barselona”nın ən uzaq avrokubok səfəri – FOTO

Futbol
Bu gün, 15:40

Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər - Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər

Futbol
Bu gün, 15:38

"Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər

Futbol
Bu gün, 15:28

Tarixin özü Bakıda

Futbol
Bu gün, 15:20

Mançester Yunayted Luis Hollunu transfer etmək istəyir

Oxşar xəbərlər