top
AFFA rəsmisi Cahangir Həsənzadə Qarabağın Ayntraxt ilə oyununda maksimum səy göstərməsinin vacibliyini vurğulayıb Idman.biz
21 yanvar 2026, 19:08
- ↺ +

AFFA rəsmisi Cahangir Həsənzadə "Qarabağ"ın "Ayntraxt" ilə oyununda maksimum səy göstərməsinin vacibliyini vurğulayıb

"Qarabağ" kifayət qədər keyfiyyətli təlim-məşq toplanışı keçib. Qurban Qurbanovun da bildirdiyinə görə, komanda toplanış zamanı istədiklərini əldə edib və düşünürəm ki, bu, Almaniya klubu ilə oyunda öz əksini tapacaq. Əminəm ki, soyuq hava şəraitinə baxmayaraq, azarkeşlər stadiona toplaşacaq və komandaya dəstəyini əsirgəməyəcək. Bu da təmsilçimiz üçün böyük motivasiya mənbəyi olacaq".

İdman.Biz bildirir ki, bu sözləri AFFA-nın texniki direktoru Cahangir Həsənzadə "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində bu gün Bakıda Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirəcəyi VII tur oyunu ilə bağlı danışarkən deyib.

O, AZƏRTAC-a açıqlamasında bugünkü oyunun "Ayntraxt" üçün vacib olduğunu bildirib: "Sözsüz ki, komandada müəyyən dəyişikliklər baş verdi. Oyun sistemində də fərqli taktikalar tətbiq edilə bilər. Lakin belə mühüm oyun ərəfəsində radikal dəyişikliklərə gediləcəyini inandırıcı hesab etmirəm. Buna baxmayaraq, rəqibi düzgün qiymətləndirmək lazımdır. Turnir cədvəlində mövqelərindən asılı olmayaraq, onların kifayət qədər keyfiyyətli futbolçuları və formalaşmış oyun üslubu var. "Qarabağ"ın müsbət nəticə qazanması üçün futbolçuların hər biri meydanda maksimumunu ortaya qoymalıdır. Yalnız bu halda nəticə baxımından istədiyimiz uğuru əldə edə bilərik".

Ağdam təmsilçisinin keçmiş qapıçısının sözlərinə görə, Azərbaycan çempionu bu dəfə də öz oyun üslubuna sadiq qalacaq: "Fikrimcə, Qurban Qurbanovun artıq formalaşmış oyun planı var və o, bu qarşılaşmada da həmin üsluba sadiq qalacaq. Baş məşqçi kimi müəyyən taktiki toxunuşlar edə bilər, lakin ciddi dəyişikliklərin olacağını düşünmürəm. Daha əvvəl Niderlandın "Ayaks", İngiltərənin "Çelsi" və Portuqaliyanın "Benfika" kollektivlərinə qarşı matçlarda gördüyümüz kimi, yenə aqressiv və fəal futbol izləyəcəyik. Məhz bu cür oyun komandamıza indiyədək xallar, qələbələr və müsbət nəticələr qazandırıb".

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:40

Kontenin “Mançester Yunayted”ə keçidi sual altındadır

Digər
Bu gün, 16:40

UEFA Fransa klubunu böyük məbləğdə cərimələyəcək

Digər
Bu gün, 16:31

“Mingəçevir”də dəyişiklik: investorlarla yollar ayrıldı, baş məşqçi də gedə bilər

Digər
Bu gün, 16:24

Florentino Peres “El-Klasiko”ya getməyəcək: “Real” və “Barselona” arasında gərginlik davam edir

Digər
Bu gün, 16:20

“Arsenal”da ciddi itki

Futbol
Bu gün, 16:02

Trent Aleksander‑Arnold Real'dan ayrılacaq? Liverpool onu geri almaq istəyir

Futbol
Bu gün, 16:00

Nigeriyalı futbolçu Favaz Abdullahi Azərbaycandan təklif aldı

Digər
Bu gün, 15:47

İlk dəfə təyyarəyə minənlər, küçə futbolundan DÇ-yə yüksələnlər: Bakıda U-15 mundialının duyğulu hekayələri - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 15:40

"Çelsi" və "Mançester Yunayted" "Komo"nun argentinalısını transfer etmək istəyir

Digər
Bu gün, 15:32

Kayl Uoker məşhur döyməsini sildirəcəyi barədə zarafat edib - FOTO

Digər
Bu gün, 15:28

Mourinyo Çempionlar Liqasında qələbələrin sayına görə Vengeri keçdi

Futbol
Bu gün, 15:23

Kapello “İnter”in “Şaxtyor”a qarşı ilk hissədəki passiv oyununu tənqid edib

Futbol
Bu gün, 15:20

Palmeyras Copa Libertadores'in ilk finalistı oldu

Futbol
Bu gün, 15:11

Emil Balayev “Neftçi”nin məşqlərinə qayıtdı və oyun üçün hazırdır

Digər
Bu gün, 14:40

Almaniya millisinin sabiq baş məşqçisi "Mançester Yunayted"i çalışdıra bilər

Digər
Bu gün, 14:39

Qalatasaray - Fənərbağça oyununun baş hakimi açıqlanıb

Qarabağ FK
Bu gün, 14:27

Şahin Diniyev “Sabah” - “Qarabağ” oyununda favoritini açıqladı

Digər
Bu gün, 14:12

"Bavariya" Çempionlar Liqasında evdə məğlubiyyətsizlik seriyasını 40 matça yüksəldib

Digər
Bu gün, 14:12

“Kəpəz”in legioneri: “Azarkeşlər potensialımın 60-70 faizini görüblər” - MÜSAHİBƏ + VİDEO

Digər
Bu gün, 14:07

Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar

Futbol
Bu gün, 14:00

Zirə Kapitanı Gəncə Stadionunu və Azarkeşləri Həvəsli Şərhlərlə Maraqladı

Cüdo
Bu gün, 13:57

Hanna Zaytseva Polşaya xəyanətdə ittiham edilib, "Weszlo" portalının jurnalisti isə onu müdafiə edib

Digər
Bu gün, 13:40

Aleksandr Pluşenkonun Belarusla "bazarlığı" alınmadığından Azərbaycana üz tutub

Digər
Bu gün, 13:27

Azərbaycanın batut və tamblinq üzrə dünya çempionatı üçün heyəti açıqlandı

Oxşar xəbərlər