top
Red Bull komandasının zəif mövsümə başlama səbəbləri Idman.biz
02 avqust 2026, 13:59
- ↺ +

Red Bull komandasının zəif mövsümə başlama səbəbləri

Avstriyanın "Red Bull" "Formula-1" komandasının texniki direktoru Pyer Vaşe kollektivin 2026-cı il mövsümünə zəif başlamasının iki əsas səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis "Mersedes" və "Ferrari"nin qış fasiləsində daha yaxşı işlədiyini bildirib. O, Maks Ferstappenin 2025-ci ildə çempionluq uğrunda son yarışadək mübarizə aparmasının da yeni bolidin hazırlığına təsir göstərdiyini qeyd edib.

"Red Bull"un RB22 bolidi Melburndakı ilk mərhələdə liderlərdən təxminən bir saniyə geri qalıb. Komanda güc qurğusu və ümumi paketdəki etibarlılıq problemləri səbəbindən ilk üç yarışın ikisini nəticəsiz başa vurub.

Ferstappenin Albert Parkda qazandığı altıncı yer həmin dövrdə komandanın ən yaxşı nəticəsi olub. "Red Bull" ilk üç mərhələdə cəmi 16 xal toplayıb.

Mayami Qran-prisində təqdim edilən aerodinamik yeniliklər və bolidin çəkisinin azaldılması liderlərlə fərqin təxminən yarıya enməsinə kömək edib. Niderlandlı pilot bu mərhələyə ön sıradan başlayıb və sonrakı yarışlarda mütəmadi xal qazanıb.

"Red Bull" Konstruktorlar Kubokunda 177 xalla dördüncü pillədə qərarlaşıb. "Mersedes" 379, "Ferrari" isə 307 xal toplayıb.

Vaşe komandanın mövsümün əvvəlindən irəliləyiş əldə etdiyini, lakin arzulanan səviyyəyə çatmadığını bildirib:

"Əsas məqam mövsümə geridə başlamağımız və sonradan inkişaf etməyimizdir. Komanda böyük iş görüb. Hələ olmaq istədiyimiz yerdə deyilik, ancaq problemləri müəyyənləşdirərək daha yaxşı nəticələr qazanmağa çalışırıq".

Onun sözlərinə görə, Ferstappenin Lando Norris və Oskar Piastri ilə 2025-ci il çempionluğu uğrunda son mərhələyədək mübarizə aparması "Red Bull"un yeni texniki reqlamentə hazırlıq müddətini azaldıb. Oxşar vəziyyət ötən mövsüm bolidini uzun müddət inkişaf etdirən "Maklaren"ə də təsir göstərib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Oxşar xəbərlər