top
Formula-1 üzrə 2026-cı il reqlamentində dəyişikliklər təsdiqləndi Idman.biz
23 iyun 2026, 17:57
- ↺ +

"Formula-1" üzrə 2026-cı il reqlamentində dəyişikliklər təsdiqləndi

Beynəlxalq Avtomobil Federasiyası (FIA) "Formula-1" üzrə 2026-cı il reqlamentində bir sıra dəyişiklikləri rəsmən təsdiqləyib.

İdman.Biz xəbər verir ki, qərarlar FIA-nın Makaoda keçirilən Dünya Motor İdmanı Şurasının iclasında qəbul olunub. Şura 2027-ci il texniki reqlamentinin ilkin versiyasını da təsdiqləyib.

Dəyişikliklərə əsasən, "isti hava təhlükəsi" elanının Sprint yarışı və əsas Qran-pri arasında ayrıca tətbiqinə icazə veriləcək. Bununla belə, belə qərar əvvəlki kimi start vaxtından azı 24 saat əvvəl verilməlidir.

Yaş trek, zəif ilişmə və görmə məhdudiyyəti olan şəraitdə təhlükəsizlik məqsədilə "boost mode" (əlavə güc rejimi) yenidən tətbiq olunacaq. Lakin bu rejim maşının gücünü artırmaq üçün yox, güc azalmasının qarşısını almaq üçün istifadə ediləcək. Belə şəraitdə "overtake mode" (pilot müəyyən anda əlavə enerji/güc istifadə edərək rəqibi keçmək üçün bolidin performansını qısa müddətə artırması) deaktiv ediləcək.

2027-ci ildən mövsümöncəsi testlərin müddəti üç gündən dörd günə artırılacaq. FIA bunu yeni nəsil bolidlərin daha mürəkkəb olması və komandaların adaptasiya ehtiyacı ilə əlaqələndirir.

Şura 2027-2028-ci illər üçün güc qurğuları ilə bağlı dəyişiklikləri də qəbul edib. "Formula-1" 50:50 daxiliyanma mühərriki və batareya balansından uzaqlaşacaq. 2028-ci ildə bölgünün 60:40 nisbətinə gətirilməsi nəzərdə tutulur. Dəyişikliklər daxiliyanma mühərrikinin gücü, yanacaq enerjisi axını, enerji bərpa sisteminin istifadəsi və enerji idarəçiliyində əlavə çevikliklə bağlıdır.

FIA prezidenti Məhəmməd Ben Sulayem bildirib ki, böyük reqlament dəyişikliklərində proses bolidlərin trasa çıxması ilə bitmir. Onun sözlərinə görə, qurum "Formula-1"in gələcək istiqamətini müəyyənləşdirmək üçün komandalar, istehsalçılar və digər tərəflərlə dialoqu davam etdirir.

Qeyd edək ki, FIA gələcək güc qurğuları ilə bağlı müzakirələrdə dayanıqlı yanacaqla işləyən V8 mühərrikləri ideyasının da gündəmdə olduğunu açıqlayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Futbol
Bu gün, 08:02

Barselona prezidenti Lamin Yamalın “Qızıl top” mükafatına layiq olduğunu bildirib

Futbol
Bu gün, 08:00

Harry Kane Ballon d'Or u qazanaraq beşinci ingilis oldu

Futbol
Bu gün, 07:06

Liverpulun uruqvaylı müdafiəçisi Ronald Arauxo Premyer Liqada yeni sürət rekordunu qırdı – Mbappe ilə eyni göstərici

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Oxşar xəbərlər