top
Formula-1 Qatar Airways Azərbaycan Qran-prisi 2026 üçün marşal qeydiyyatı başlayıb Idman.biz
12 mart 2026, 11:00
- ↺ +

"Formula-1" Qatar Airways Azərbaycan Qran-prisi 2026 üçün marşal qeydiyyatı başlayıb

"Formula-1" Qatar Airways Azərbaycan Qran-prisi 2026 üçün marşal qeydiyyatına start verilib.

İdman.Biz xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti məlumat verib

Qeyd olunub ki, sentyabrın 24-26-da keçiriləcək yarış Azərbaycanın "Formula-1" təqvimində ev sahibliyinin 10-cu ildönümü ilə əlamətdardır və bu xüsusi mərhələni qeyd etmək üçün marşal proqramına qoşulan könüllülər unikal və tarixi bir yarışın ayrılmaz hissəsinə çevriləcəklər.

Sürət və adrenalinin zirvəsi hesab olunan "Formula-1" yarışının atmosferini trekə ən yaxın nöqtədən hiss etmək istəyən hər kəs üçün fürsət yaradılıb. Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər marşal proqramına qoşula bilərlər.

Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək. Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən "Formula-1" Qran-priləri və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.

Qeyd edək ki, ötən il keçirilən "Formula-1" Qatar Airways Azərbaycan Qran prisi zamanı yarışın təhlükəsiz və uğurlu təşkilində 1200-ə yaxın marşal iştirak edib və onların 100-dən çoxu xarici ölkələrdən qatılıb.

Marşal proqramı haqqında daha ətraflı məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi veb-səhifəsindən əldə etmək və ya [email protected] elektron ünvanına yazaraq öyrənmək olar.

Qeydiyyat linki:

https://www.bakucitycircuit.com/az/marshals

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Basketbol
Bu gün, 09:43

Azərbaycan Basketbol Liqasında IV Turun İlk Oyununda Sabah NTD-İ Həsr Olunur;

Futbol
Bu gün, 09:40

İsveçrə U-15 Milli Komandasının Dünya Kubokuna Qatılmama Səbəbi Açıqlandı

Futbol
Bu gün, 09:39

23 Oktyabr: Avropada keçiriləcək əsas futbol oturumu

Futbol
Bu gün, 09:38

40 evdə məğlubiyyətsiz: 'Bavariya' Çempionlar Liqasında rekord qoyur

Futbol
Bu gün, 09:31

Misli Premyer Liqası: “Araz-Naxçıvan” – “Qəbələ” (23 Oktyabr, 15:00)

Futbol
Bu gün, 09:20

Türkiyə liqasının ən dəyərli üç futbolçusunun reytinqi

Futbol
Bu gün, 09:08

Runi, Manchester United futbolçularını sərt tənqid etdi: "Məsuliyyət daşımır"

Digər
Bu gün, 09:01

Kür handbol komandası Mingəçevirdə Bosniya klubu ilə EHF Avropa Kubokunda qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Zirə vs Sumqayıt: Qaratalların Kimyaçılarla mübarizəsi

Formula 1
Bu gün, 08:49

18 yaşlı pilot Freddi Sleyter \"Audi\" üçün Formula 1-də debüt edəcək

Futbol
Bu gün, 08:40

İsveç U-15 milli komandası Bakıda keçiriləcək dünya kubokunda iştirak etməyəcək

Digər
Bu gün, 08:24

Venesiya marafonunda 124 ölkədən 24,000 iştirakçı

Futbol
Bu gün, 08:20

Şamaxıda Araz-Naxçıvan – Qəbələ qarşılaşması

Futbol
Bu gün, 08:00

Qitələrarası Kubokun final mərhələsinə Qətər ev sahibliyi edəcək

Futbol
Bu gün, 07:31

Manchester Uniteddə paltardəyişmə otağında Karrik və Kunya arasında gərgin mübahisə

Digər
Bu gün, 06:15

Lamin Yamal “Qızıl top” mərasiminə xüsusi təyyarə ilə gedəcək

Futbol
Bu gün, 05:17

Kanselu: Tribunada hər kəs ekspertdir, təzyiqə necə cavab verəcəyini göstər

Futbol
Bu gün, 04:13

Mançester Yunayteddə Əsas Namizəd Eddi Hau

Futbol
Bu gün, 03:09

Luiş Fiqu: "Mourinyo "Barselona" üçün möhtəşəm baş məşqçi olardı"

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Oxşar xəbərlər