top
Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı Idman.biz
Bu gün, 02:33
- ↺ +

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

"Formula-1" üzrə 2026-cı il dünya çempionatının 19-cu mərhələsi olan Meksika Qran-prisi başa çatıb.

İdman.Biz xəbər verir ki, Mexiko şəhərindəki "Hermanos Rodriqes" avtodromunda keçirilən yarışda "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen qalib gəlib.

71 dövrəlik mübarizədə "Ferrari"nin britaniyalı sürücüsü Lyuis Hemilton ikinci, "Mercedes"in italiyalı pilotu Kimi Antonelli isə üçüncü yeri tutub.

Bu nəticə ilə Kimi Antonelli "Formula-1" tarixinin ən gənc dünya çempionu olub. 20 yaşlı italiyalı mövsümün başa çatmasına dörd mərhələ qalmış ümumi sıralamada birinci yeri təmin edib. O, 20 yaş, iki ay və yeddi günlük olarkən çempionluğunu rəsmiləşdirərək Sebastyan Fettelin rekordunu yeniləyib.

Yarış gərgin mübarizə ilə yadda qalıb. İlk dövrədə Hemiltonla komanda yoldaşı Şarl Lekler arasında insident yaşanıb. Epizoddan sonra Leklerə beş, Corc Rassellə isə başqa insidentə görə 10 saniyəlik cəza verilib.

45-ci dövrədə "Cadillac"ın pilotu Valtteri Bottasın ağır qəzası səbəbindən qırmızı bayraqlar göstərilib. Təhlükəsizlik baryerlərinin bərpası üçün yarış təxminən 40 dəqiqə dayandırılıb.

Mübarizə bərpa olunduqdan sonra Ferstappen liderliyini qoruyub. 59-cu dövrədə Arvid Lindbladın qəzası nəticəsində təhlükəsizlik avtomobili yenidən trasa çıxsa da, niderlandlı pilot son dövrələrdə Hemiltonun təzyiqinə tab gətirərək finiş xəttini birinci keçib.

"Ferrari"nin digər sürücüsü Şarl Lekler dördüncü, "Maklaren"in britaniyalı pilotu Lando Norris isə beşinci olub.

Meksika Qran-prisinin ilk onluğu:

1. Maks Ferstappen - Red Bull

2. Lyuis Hemilton - Ferrari

3. Kimi Antonelli - Mercedes

4. Şarl Lekler - Ferrari

5. Lando Norris - McLaren

6. Corc Rassell - Mercedes

7. Oskar Piastri - McLaren

8. Franko Kolapinto - Alpine

9. Liam Louson - Racing Bulls

10. Pyer Qasli - Alpine

Qeyd edək ki, mövsümün növbəti mərhələsi noyabrın 8-də Braziliyada keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:21

İstanbulda “Fənərbağça” azarkeş lideri Cem Gölbaşına qarşı silahlı hücum planı aşkar edildi, beş nəfər həbs edildi

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Oxşar xəbərlər