Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti görüşünü keçirib.
"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə 3:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.