Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov (48) mükafatlandırılıb.
"Report" xəbər verir ki, fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı bürünc medala sahib çıxıb.
Bundan başqa, Soltan Yusupov (Rusiya) qızıl, Ali Almas (Qazaxıstan) gümüş, Ararat Avetisyan (Ermənistan) bürünc medal alıbb.
Mükafatları Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurov təqdim ediblər.