top
U-17 Avropa Çempionatında Azərbaycan güləşçilərinin uğuru: 3 final, 2 bürünc şansı Report.az
15 May 2026, 20:54
- +

U-17 Avropa Çempionatında Azərbaycan güləşçilərinin uğuru: 3 final, 2 bürünc şansı

Azərbaycanın üç təmsilçisi Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-17 Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, yarışın beşinci günündə sərbəst güləş üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.

Hüseyn Rzazadə (48 kq) gürcüstanlı Laşa Koridze (9:0), türkiyəli Yiğit Egemen (10:0) və rusiyalı Asilder Asluyevə (10:0) heç bir şans tanımayaraq finala vəsiqə qazanıb. Hüseyn sabah həlledici görüşdə ukraynalı Volodimir Boykoyla üz-üzə gələcək.

Abbas Şəfiyev (55 kq) türkiyəli Muhammed Yiğit (8:5) və slovakiyalı Patrik Vetrakı (6:0) mübarizədən kənarlaşdırsa da, yarimfinalda ermənistanlı Suren İşxanyanla bacarmayıb – 4:15. Abbas sabah bürünc medal görüşünə çıxacaq. Rəqibi İssa Çurayev (Fransa) – Kiril Şumeyko (Macarıstan) qarşılaşmasının qalibi olacaq.

Rəşid Nazarov (65 kq) gürcüstanlı Bidzina Jintçaradzeyə xalların keyfiyyətinə görə (2:2) qalib gəldikdən sonra türkiyəli Aydıncan Gümüşdağ (7:3) və ukraynalı Teymur Abumislimovu (3:1) üstələyib. Rəşid yarımfinalda fransalı Saşa Oberi vaxtından əvvəl (10:0) xalçadan məyus yola salıb. Nazarov sabah finalda rusiyalı Maksim Monquşla güləşəcək.

Nihad Süleymanlı (80 kq) gürcüstanlı Rati Revazaşvili (7:2), macarıstanlı Zeteni Tuği (7:0) və rusiyalı Rəcəb Rəcəbova (2:0) qalib gələrək adını finala yazdırıb. Nihad həlledici görüşdə türkiyəli Emirhan Çayırla qarşılaşacaq.

Hakim Tağıyev (110 kq) rusiyalı Maqomed Omarovla (2:1) slovakiyalı Adam Koşanı (4:1) yolundan kənarlaşdırsa da, yarımfinalda gürcüstanlı Murtaz Baqdavadzeyə 0:3 hesabıyla məğlub olub. Təmsilçimizin sabah üçüncü yer uğrunda mübarizə aparacağı rəqibi rumıniyalı Marku Vintan və ya belaruslu Daniil Jivula olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Latest news

Football
Today, 13:52

Trabzonspor fan extends lounge rental until 2040, pays 100 million lira

Football
Today, 13:32

Araz-Naxçıvan "Neftçi"nin forvardını icarəyə götürüb

Football
Today, 13:28

Karvan-Yevlax klubu heyətini Lətif Rzayevlə gücləndirib

Football
Today, 13:20

Inter Offers Musa Diaby Again

Football
Today, 12:40

Everton and Crystal Palace Transfer Agreement

Volleyball
Today, 12:36

Azərbaycan çimərlik voleybolçuları Türkiyədə beynəlxalq turnirdə mübarizə aparacaq

Football
Today, 12:20

Viktor Ibarbo can revive his career in Italy

Football
Today, 11:30

Roma Rodriqu Moranın transferi ilə maraqlanır

Football
Today, 11:20

Fulham signs Shi Charles for £30 million

Boxing
Today, 10:54

Azərbaycan boksçuları Qazaxıstanda qızıl medal qazandı

Football
Today, 10:36

Zakari Atekameni „Lion“ klubuna icarəyə verilib

Basketball
Today, 09:13

Azerbaijan's U-16 women's basketball team prepares for European Championship

Football
Today, 08:25

PSJ „Parma“ close to agreeing on Dzion Suzuki's transfer

Football
Today, 08:20

Assassination plot against Lionel Messi

Football
Today, 08:00

Trabzonspor can transfer Darvin Nunez

Football
Today, 07:35

Competition between "Roma" and "Aston Villa" for Endrick

Football
Today, 06:27

Marcus Rashford may return to Barcelona

Others
Today, 04:33

Khabib Nurmagomedov: Why didn't I answer McGregor?

Football
Today, 04:11

Barcelona are preparing a new bid for Rodri

Formula 1
Today, 03:15

McLaren boss criticizes new F1 rules

Others
Today, 02:05

Khabib Nurmagomedov reveals his heroes: Ronaldo and Muhammad Ali

Football
Today, 00:43

65 meters away from the goal: Diyan Vukoyevic's magnificent strike

Qarabagh FC
Yesterday, 23:29

Karabakh is preparing for the match with Dynamo

Football
Yesterday, 22:52

Change in "Orhus" calendar due to "Sabah"

Related news