"Araz-Naxçıvan" "Neftçi"nin hücumçusu Ağadadaş Salyanskini icarə əsasında heyətinə cəlb edib.
Bu barədə "Report"a klubdan bildirilib.
İcarə əsasında "qırmızı-ağlar"ın formasını geyinəcək 22 yaşlı forvardla anlaşmanın müddəti 1 illikdir.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssuf Paro, Bruno Franko, Artur Auqusto Da Silva, Mara Mohamed, Abdallah Sudi, Mamadu Kane, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.