İtaliyanın "Milan" klubu müdafiəçisi Zakari Atekameni Fransanın "Lion" komandasına icarəyə verməyə razılaşıb.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, 21 yaşlı isveçrəli futbolçu ilə satınalma hüququ olmadan müqavilə imzalanacaq.
Liqa 1 təmsilçisi mövsüm ərzində onun məvacibini tam ödəyəcək, lakin futbolçu 2027-ci ilin yayında "Milan"a qayıdacaq.
Qeyd edək ki, Z.Atekame 2025/2026 mövsümündə keçirdiyi 25 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək nəzərdə tutulub.
"Transfermarkt" portalı 2025-ci ilin avqustundan "Milan"da çıxış edən futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.