İtaliyanın "Roma" klubu yarımmüdafiəçi Rodriqu Moranın transferi üçün Portuqaliya təmsilçisi "Portu"ya rəsmi təklif göndərib.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Romalılar 19 yaşlı portuqaliyalı üçün 25 milyon avro təklif ediblər. "Portu" isə bu məbləğin artırılmasını tələb edir, çünki oyunçu ilə "Qalatasaray" (Türkiyə) da maraqlanır.
Rodriqu Moranın müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı onun dəyərini 38 milyon avro qiymətləndirir. Futbolçu "Portu"nun heyətində keçirdiyi 79 matçda 16 qol vurub, 6 məhsuldar ötürmə edib.