Bakıda təşkil olunan U-17 dünya çempionatında gümüş medal qazanan Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov (51 kq) mükafatlandırılıb.
"Report" xəbər verir ki, fəxri kürsünün ikinci pilləsinə qalxan idmançı gümüş medala sahib çıxıb.
Bundan başqa, Benyamin Mayvan (İran) qızıl , İslam Kurakmaev (Rusiya) və Masamune Uşimadoya (Yaponiya) bürünc medal təqdim edilib.
Mükafatları idmançılara Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Dünya Güləş Birliyinin vitse-prezidenti Rodika Mariya təqdim ediblər.