Azərbaycanın qadın və kişilərdən ibarət çimərlik voleybolu yığmaları Türkiyədə keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
FIVB reytinq xalları qazandıracaq yarış avqustun 11-dən 16-dək Türkiyənin Tekirdağ və Çatalca bölgələrində təşkil olunacaq.
Turnirdə Azərbaycan baş məşqçi Atvars Vildenin rəhbərliyi altında qadın (Səbinə Əlizadə / Leyla Əliyeva) və kişi (Nəriman Bayramlı / Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.