Azərbaycanın gənc yelkənçiləri Mərakeşin Tanjer şəhərində optimist sinfi üzrə dünya çempionatında iştirak edəcəklər.
Bu barədə "Report"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Yarışda Amira Bayramova, Furkan Mustafayev, Səma Mansurzadə, Kamal Bəşirli və Emel Məmmədli mübarizə aparacaqlar.
Xatırladaq ki, yarış iyunun 18-28-i aralığında baş tutacaq.